PRMPilot Residence MTK

Sahə mühəndisi

Kəlbəcər Опубликовано 1 ч. назад Источник
3–5 лет Инжиниринг
Ежемесячная зарплата
₼2,500 – 3,500
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

• Əmək haqqı: 2 500–3 500 AZN aralığında, namizədin iş təcrübəsi və peşəkar biliklərinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.

• İş saatları: 08:00-dan 18:00-dək.

• Tikinti obyektində yaşayış və gündəlik qidalanma MTK tərəfindən təmin edilir.

• İş yeri: Kəlbəcər rayonu.

Öhdəliklər

• Tikinti sahəsində işlərin başlanmasından obyektin təhvil verilməsinədək istehsalat prosesini təşkil və idarə etmək;

 

• Tikinti-quraşdırma işlərinin təsdiq edilmiş iş qrafikinə, layihə-smeta sənədlərinə, texniki şərtlərə və tikinti normalarına uyğun aparılmasına nəzarət etmək;

• Tikinti materiallarının, konstruksiyaların və görülmüş işlərin keyfiyyətini yoxlamaq, aşkar edilmiş nöqsanların vaxtında aradan qaldırılmasını təmin etmək;

• Fəhlə və mühəndis-texniki heyətin işini əlaqələndirmək, briqadalar arasında iş bölgüsü aparmaq və görülən işlərin icrasına nəzarət etmək;

• Materialların, avadanlıqların və texnikanın səmərəli istifadəsini təşkil etmək;

• Tikinti obyektində əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək;

• Görülmüş işlər üzrə Forma №2, Forma №3, təhvil-təslim aktları və digər hesabat sənədlərini hazırlamaq;

• Gizli işlər aktlarının, beton və qaynaq jurnallarının, eləcə də digər texniki sənədlərin vaxtında və düzgün aparılmasını təmin etmək;

• Beton tökmə işləri zamanı sınaq nümunələrinin götürülməsini, qeydiyyata alınmasını və laboratoriyaya təqdim edilməsini təşkil etmək;

• Görülmüş işlərin həcmi və gedişatı barədə rəhbərliyə mütəmadi hesabat təqdim etmək.

Tələblər

• Ali texniki təhsil — inşaat mühəndisliyi ixtisası üzrə;

• Tikinti sahəsində minimum 3 il iş təcrübəsi;

• Layihə-smeta sənədlərini və texniki çertyojları oxuma bacarığı;

• Forma №2, Forma №3, gizli işlər aktları və texniki jurnalların hazırlanması üzrə biliklər;

• Tikinti norma və qaydalarını bilməsi;

• AutoCAD və MS Office proqramlarında işləmək bacarığı;

• Kəlbəcər rayonunda işləməyə hazır olması;

• Məsuliyyətlilik, təşkilatçılıq və heyəti idarəetmə bacarığı.

PRM
Pilot Residence MTK

Похожие вакансии

Смотреть все
Откликнуться