Altura Construction MMC Sahə rəisi
Опубликовано 14 ч. назад Источник ↗
Категория Инжиниринг
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Layihənin yeri: Balakən şəhəri
Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında
Məşğulluq növü: Tam iş günü (Tam ştat)
İşin Təsviri və Öhdəliklər:
- Tikinti sahəsindəki işlərin layihə sənədlərinə, tikinti normalarına (TikN) və təhlükəsizlik qaydalarına uyğun idarə edilməsi;
- İş qrafikinə riayət olunmasına nəzarət və işçi qüvvəsinin sahə üzrə düzgün bölüşdürülməsi;
- Tikinti materiallarının hesabatının aparılması, onlardan səmərəli və qənaətlə istifadə olunmasının təmin edilməsi;
- Sahədə çalışan subpodratçıların və fəhlələrin fəaliyyətinin koordinasiya edilməsi;
- Görülmüş işlər barədə rəhbərliyə mütəmadi hesabatların verilməsi.
Namizədə dair tələblər:
- Təhsil: Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) məzunu (İnşaat mühəndisliyi və ya müvafiq sahə);
- Təcrübə: Tikinti sahəsində minimum 2 il iş təcrübəsi (Sahə rəisi və ya bənzər vəzifədə);
- Layihə-smeta sənədlərini və cizgiləri sərbəst oxumaq bacarığı;
- Komandanı idarəetmə və liderlik keyfiyyətləri;
- Balakən şəhərində yerləşən layihədə tam ştat işləyə bilmək imkanı.
Şirkət tərəfindən təmin olunur:
- Yemək xərcləri tam qarşılanır;
- Qalmaq (yaşayış) yeri şirkət tərəfindən təmin edilir;
- Nəqliyyat (transport) xərcləri şirkət tərəfindən ödənilir;
- Müvafiq sahədə təcrübəli komanda ilə işləmək və peşəkar inkişaf imkanı;
- Əmək haqqı və digər şərtlər namizədin bilik və bacarıqlarına uyğun olaraq, müsahibə zamanı qarşılıqlı razılaşma yolu ilə müəyyən ediləcək.
Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində "Sahə Rəisi - Balakən" qeyd edərək Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.
AC 

Altura Construction MMC