Salatçı
Режим работы Полная занятость Опыт 1–3 года Категория Гостеприимство
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
İş barədə məlumat:
Ağ Şəhərdə yerləşən Kitchen Plus restoranına Soyuq bölüm aşpazı tələb olunur.Vəzifə öhdəlikləri:
- Menyuda yer alan soyuq qəlyanaltıların, salatların, sendviçlərin və digər soyuq təamların reseptura və texnoloji kartlara uyğun hazırlanması;
- Məhsulların düzgün emalı, porsiyalanması və təqdimat standartlarına uyğun şəkildə hazırlanmasının təmin edilməsi;
- Hazırlanan məhsulların keyfiyyətinə, dadına və görünüşünə daim nəzarət edilməsi;
- İstifadə olunan ərzaqların saxlanma qaydalarına, yararlılıq müddətinə və temperatur rejiminə riayət edilməsi;
- İş sahəsinin, avadanlıqların və istifadə olunan alətlərin sanitariya-gigiyena qaydalarına uyğun saxlanılması;
- Məhsul itkilərinin minimuma endirilməsi və xammaldan səmərəli istifadə olunması.
Tələblər:
İş təcrübəsi : 1 ildən 3 ilə qədərYaş : 23 - 40
Cins : Qadın
- Soyuq bölüm aşpazı və ya oxşar vəzifə üzrə minimum 1 il iş təcrübəsi;
- Salatlar, soyuq qəlyanaltılar və digər soyuq təamların hazırlanması üzrə bilik və bacarıq;
- Qida təhlükəsizliyi və sanitariya-gigiyena normaları barədə məlumatlı olmaq;
- Komandada işləmək bacarığı, məsuliyyətli və operativ olmaq;
- İş zamanı nizam-intizam və səliqəliliyə riayət etmək.
İş şəraiti:
İş qrafiki: 6 günlük iş həftəsi, günlük 10 saat.
Nahar şirkət tərəfindən təmin edilir;
Uyğun namizədlər özləri haqqında məlumatı whatsapp və ya mail adresinə göndərə bilər. Zəng etməməyiniz xahiş olunur. İş saatları daxilində uyğun namizədlərə geri dönüş ediləcəkdir.
KPR
"Kitchen Plus" restoranı