Satıcı
Опубликовано 2 дн. назад Источник ↗
Категория Клиентский сервис
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Şöbə: Kommersiya
İş vaxtı: Tam iş vaxtı
Vəzifələr:
- Şirkəti düzgün təmsil etmək, bu sahədəki geyim, davranış, etik qaydalar və şirkət dəyər və prinsiplərinə uyğun davranmaq;
- Öhdəliyində olan məhsul, avadanlıq, vəsait və vasitələrin tamlığına və sazlığına görə məsuliyyət daşımaq;
- Hər günün sonunda rəhbərliyə günlük hesabatın təqdim edilməsi;
- Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, məhsullar haqqında ətraflı və doğru məlumat vermək;
- Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək;
- Müştəriyə smeta və kommersiya təkliflərini hazırlayıb təqdim etmək;
- Satışın icrasını təmin etmək;
- Anbarda səliqəyə nəzarət etmək, anbar qalıqlarını nəzarətdə saxlamaq və inventarizasiya keçirmək;
- Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək.
Tələb olunan keyfiyyətlər
Təhsil və İş təcrübəsi:
- Ali və ya orta ixtisas tikinti təhsili
- Tikinti satış sektorunda 1-2 il iş təcrübəsi arzuolunandır
- Kompüter üzrə minimum bilik. Hesabatların hazırlanması üçün Word, Excel proqramları.
- 1C satış proqramı ilə tam işləmək bacarığı
- Danışıq Azərbaycan dilini bilmək
- Sürücülük vəsiqəsi olsun və avtomobil idarə etməyi bacarsın
- Ünsiyyət bacarığı, nəzakətlilik, müşahidəçilik kimi bacarıq və keyfiyyətlərə malik olmaq,
Maraqlananlar CV – lərini, mövzu hissəsində “Satıcı” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.Bütün müraciətlərə baxılacaq və namizədlərə bərabər imkanlar veriləcək.
Эта вакансия есть и на других сайтах
Ishly собирает весь рынок в одном месте — не нужно проверять каждый сайт отдельно.
H 
Holcim
Emal sənayesi
Holcim Azərbaycan dünyanın aparıcı sement təchizatçılarından olan Holcim Qrupun bir hissəsidir. 1912-ci ildə İsveçrədə təsis edilmiş Qrup bütün qitələrdə bazar payına, o cümlədən 70-dən çox ölkədə…