Satıcı
Опыт Менее 1 года Категория Продажи
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Sənaye məhsullarının satış sahəsində karyeranı inkişaf etdirmək istəyirsən? O zaman komandamıza qoşul!
HİDSAB MMC sənaye rulmanları, yağ keçələri (salnik), sənaye qayışları, hidravlik şlanqlar və digər sənaye ehtiyat hissələrinin satışı üzrə fəaliyyət göstərən şirkətdir. Komandamızı gücləndirmək üçün motivasiyalı və nəticəyönümlü Satış Mütəxəssisi axtarırıq.
Öhdəliklər
- Müştərilərlə telefon və üzbəüz görüşlərin keçirilməsi;
- Yeni korporativ müştərilərin cəlb edilməsi;
- Mövcud müştəri bazasının inkişaf etdirilməsi və əlaqələrin davamlı saxlanılması;
- Müştərilərin ehtiyaclarına uyğun məhsulların təqdim edilməsi;
- Kommersiya təkliflərinin hazırlanması və sifarişlərin izlənilməsi;
- Satış planının yerinə yetirilməsi;
- Rəhbərliyə görülən işlər üzrə hesabatların təqdim edilməsi.
Tələblər
- Satış sahəsində minimum 1 il iş təcrübəsi;
- Texniki məhsullara maraq (rulman, sənaye ehtiyat hissələri və s.) üstünlük hesab olunur;
- Güclü ünsiyyət və təqdimat bacarığı;
- Məsuliyyətli, aktiv və nəticəyönümlü olmaq;
- MS Office proqramlarında işləmək bacarığı;
HM
HİDSAB M.M.C