Proes MMC Satınalma üzrə Kiçik Mütəxəssis
Опубликовано 21 ч. назад Источник ↗
Категория Логистика
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
İş şəraiti
- İş qrafiki: Tam iş günü (Bazar ertəsi - Cümə)
- Ünvan: Ələsgər Qayıbov küçəsi, 10Q
İşin Təsviri və Öhdəliklər:
- Şirkətin daxili tələbatına uyğun olaraq yerli və xarici bazarlarda geniş qiymət və təchizatçı araşdırmasının aparılması;
- Satınalma prosesinə dair bütün sənədləşmə işlərinin (müqavilələr, qaimələr, aktlar və s.) yüksək dəqiqliklə tərtib edilməsi və arxivlənməsi;
- Daxili korporativ sistemdə (ERP) satınalma sifarişlərinin, hesabatların və məlumat bazasının müntəzəm işlənməsi;
- Rəhbərliyə təqdim olunacaq müqayisəli hesabat formalarının və cədvəllərinin hazırlanması.
Namizədə dair Tələblər:
- Cins: Xanım namizədlər
- Kompüter bacarıqları: MS Excel proqramında sərbəst və əminliklə işləmək bacarığı (funksiyalar, hesabatlar və cədvəllərlə iş);
- Sistem təcrübəsi: Korporativ daxili sistemlərdə (ERP/1C/SAP və s.) işləmək bacarığı və ya tez qavrama qabiliyyəti;
- Dil bilikləri: Rus və İngilis dilində axtarış etməyi bacarmalı.
- Şəxsi keyfiyyətlər: Sənədlərlə iş zamanı yüksək diqqətlilik, detallara qarşı həssaslıq, məsuliyyət və güclü araşdırma (bazar analizi) qabiliyyəti.
Müraciət üçün uyğun namizədlərdən CV-lərini “mövzu” hissəsində vakansiyanın adını ("Satınalma üzrə kiçik mütəxəssis") yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
P 

Proes MMC