Uğur İndustry MMC Satınalma üzrə mütəxəssis
О должности
İş yeri: Xırdalan şəhəri
Namizədə tələblər:
Ali təhsil;
MS Office proqramları (Excel/Word, Outlook-la praktik işləmə bacarığı);
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
Sürücülük vəsiqəsi olmalı;
Diqqətli, çevik və məsuliyyətli olmalı;
Təhlil və analiz etmə qabiliyyətli olmalı;
Kollektivdə işləmək bacarığı olmalı;
Əsas vəzifə öhdəlikləri:
Struktur bölmələrdən daxil olan sorğulara əsasən mal-material və xidmətlərin axtarışının icra edilməsi;
Təchizatçılardan qiymət təkliflərinin alınması, müqayisə edilməsi, dəyərləndirilməsi;
Təchizatçılarla yazılı və şifahi əlaqələrin aparılması;
Təchizatçılarla (yerli və xarici) müqavilələrin bağlanılması;
Təchiz ediləcək mal-materialların və xidmətlərin müqayisəli şəkildə, ən sərfəli qiymət, keyfiyyət və şərtlərlə rəhbərliyin təsdiqinə təqdim edilməsi;
Təsdiq edilən təkliflər əsasında satınalma sifarişlərinin hazırlanıb, icra edilməsi;
Mal-material alışının hazırlanması, sifarişlərin sistemə daxil edilməsi;
Sifarişlərin statusunun mütəmadi olaraq izlənilməsi və müvafiq hesabatlarda qeyd edilməsi;
Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət edilməsi, onların qəbulunda iştirak edilməsi və anbara təhvil verilməsinin həyata keçirilməsi;
Satınalma prosesi üzrə alınmış mal-materialların qeydiyyatının aparılması, hesab-fakturaların hazırlanması və işlənilməsi;
Şirkətin bütün prosedur və təlimatlarına, həmçinin təchizat etikalarına riyaət edilməsi;
İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi;
Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirilməsi;
Təminatlar:
Nahar ilə təmin edilir.
Korporativ nömrə ilə təmin edilir;
Avtomobil ilə təmin edilir (mexaniki sürətlər qutusu);
Yanacaq limiti ilə təmin edilir;
Əmək haqqı: Razılaşma əsasında təyin olunur;
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Satınalma üzrə mütəxəssis” yazaraq [email protected] ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
