ST Stark TechnologyStark Technology

Satınalma üzrə mütəxəssis

Опубликовано 14 ч. назад Источник
Логистика
Ежемесячная зарплата
₼1,800+
Срок подачи
6 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Vəzifə öhdəlikləri:

  • Şirkətin satınalma tələblərinin toplanması, təhlili və icra olunması;
  • Yerli və xarici təchizatçılarla işgüzar əlaqələrin qurulması və idarə edilməsi;
  • Xüsusilə Çin və digər beynəlxalq bazarlardakı təchizatçılarla qiymət, keyfiyyət və satınalma şərtləri üzrə danışıqların aparılması;
  • Kommersiya təkliflərinin toplanması, müqayisəli təhlili və qiymətləndirilməsi;
  • Satınalma sifarişlərinin hazırlanması və prosesin izlənilməsi;
  • Çatdırılma, logistika və təchizat zənciri proseslərinin koordinasiyası;
  • Müqavilələrin hazırlanması, hüquqi ekspertizası (aidiyyəti şöbə ilə) və idarə olunmasına dəstək göstərilməsi;
  • Daimi bazar araşdırmalarının aparılması və alternativ təchizatçı bazasının formalaşdırılması;
  • Satınalma fəaliyyəti üzrə dövri hesabatların hazırlanması.

İş şəraiti: 

  • İş yeri: Bakı şəhəri;
  • 5 günlük iş həftəsi;
  • Əmək haqqı 1800-2000 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).

Namizədə dair tələblər:

  • Satınalma (xüsusilə xarici satınalma və Çin bazarı ilə iş) sahəsində ən azı 2-3 il iş təcrübəsi;
  • Ali təhsil (İqtisadiyyat, Biznesin idarə edilməsi və ya Logistika sahəsində olması arzuolunandır);
  • Azərbaycan dili səlis, xarici tərəfdaşlarla birbaşa danışıqlar və yazışmalar apara biləcək dərəcədə ingilis dili biliyi tələb olunur;
  • 1C və MS Office (MS Word, MS Excel, Outlook) proqramlarında işləmək bacarığı;
  • Güclü danışıqlar aparma və analitik düşünmə qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • İşində məsuliyyətli, operativ və dəqiq olmaq. 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Satınalma üzrə mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Похожие вакансии

Смотреть все
Откликнуться