Satınalma üzrə Mütəxəssis
Опубликовано 1 дн. назад Источник ↗
Категория Логистика
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Vəzifə öhdəlikləri:
- Layihə və ya müəssisə üzrə material və avadanlıq tələbatının müəyyənləşdirilməsində iştirak etmək;
- Təchizat planının hazırlanmasına və icrasına nəzarət etmək;
- Təchizatçıların araşdırılması, seçilməsi və qiymətləndirilməsini həyata keçirmək;
- Qiymət sorğularını (RFQ) hazırlamaq, toplamaq və müqayisəli təhlilini aparmaq;
- Satınalma sifarişlərinin (PO) hazırlanmasını, təsdiqini və icrasını təşkil etmək;
- Təchizat müqavilələrinin və satınalma şərtlərinin razılaşdırılması prosesində iştirak etmək;
- Təchizat prosesinin təsdiq edilmiş iş qrafikinə uyğun icrasını izləmək;
- Material və avadanlıqların çatdırılma vəziyyətinə nəzarət etmək, gecikmələrin qarşısının alınması üçün müvafiq tədbirlər görmək;
- Anbar, logistika və digər aidiyyəti şöbələrlə koordinasiyalı işləmək;
- Təchizat sənədlərinin (Invoice, Packing List, MTC və s.) düzgünlüyünü və tamlığını yoxlamaq;
- Təchizatçıların fəaliyyətini qiymətləndirmək və onların performans göstəricilərini izləmək;
- Satınalma prosesinin təsdiq edilmiş büdcəyə uyğun həyata keçirilməsinə nəzarət etmək;
- Alınan məhsul və avadanlıqların keyfiyyət və texniki tələblərə uyğunluğunun təmin edilməsində iştirak etmək;
- Sifarişçi və layihə komandası ilə effektiv koordinasiya aparmaq;
- Satınalma fəaliyyəti üzrə aylıq və dövri hesabatlar hazırlamaq.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3–5 il iş təcrübəsi;
- Microsoft Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı;
- 1C proqramı ilə işləmək bacarığı;
- Azərbaycan dilini sərbəst, ingilis dilini minimum B1 səviyyəsində bilmək;
- Satınalma və təchizat prosesləri üzrə normativ sənədlər və prosedurlar haqqında bilik;
- Məsuliyyətli, dəqiq, təşəbbüskar və komanda ilə işləmək bacarığı;
- Dinamik iş mühitində operativ qərarvermə və yüksək kommunikasiya bacarığı;
- Güclü analitik düşüncə, detallara diqqət və problem həll etmə bacarığı.
İş şəraiti:
- İş qrafiki: Həftədə 5 iş günü, 2 gün istirahət;
- İş yeri: Bakı şəhəri;
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək.
Müvafiq tələblərə cavab verən namizədlər şəkilli CV-lərini mövzu hissəsində "Satınalma üzrə Mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Эта вакансия есть и на других сайтах
Ishly собирает весь рынок в одном месте — не нужно проверять каждый сайт отдельно.
AAS 
Amina and S Group
Tikinti
AMINA AND S GROUP LLC (MMC) — Azərbaycanda və beynəlxalq mühitdə fəaliyyət göstərən mühəndislik və çoxprofilli podratçı şirkətdir. Şirkətimiz tikinti, boru kəməri işləri, qaynaq, yol tikintisi,…