Satınalma və təchizat üzrə aparıcı mütəxəssisi
Опубликовано 1 дн. назад Источник ↗
Категория Логистика
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Vəzifə öhdəlikləri:
- Gündəlik gələn ilkin tələbnamələrin yoxlamaq, analiz etmək və bazar araşdırılması etmək və müvafiq tədarükçülərə məhsullar üzrə sorğular yönləndirmək;
- Tədarük prosesi ilə əlaqədar əldə edilmiş paket sənədləri (müqavilə, qiymət razılaşma protokolu, hesab faktura, təvhil-təslim aktı, qüsur aktı və.s) Mhüasibatlıq şöbəsinə təqdim etmək.
- Müvafiq ödəniş həyata keçdikdən sonra alınan malların müvafiq anbarlara göndərilməsini həyata keçirmək;
- Həftəlik alış siyahısı hazırlamaq və departamentin direktoruna təqdim etmək;
- Aylıq nağd hesablaşmalara dair əməliyyatları təsdiq edən sənədlər paketini (mədaxil və məxaric qəbzi və.s) Mühasibatlıq şöbəsinə təqdim etmək;
- Tələbnamələrin spesifikasiyasını müəyyənləşdirmək və müvafiq hərəkətlər görmək;
- Təsdiq edilmiş tədarükçülərin siyahısını tərtib etmək və departament rəhbərinə təqdim etmək;
- Tələb edilən malların zəruriliyinin araşdırılması və Cəmiyyətin aidiyyatı struktur vahidlərini həmin mallarla təmin edilmənin təcililik həddini öyrənmək;
- Tədarükçülərdən göndərilmiş həftəlik qiymət razılaşmalarını izləmək;
- Sifariş edilən məhsulların vaxtında göndərilməsinə və qəbuluna nəzarət etmək;
- Yeni, qiymətcə daha sərfəli əvəzedici məhsulların bazarda araşdırılmasını həyata keçirmək;
- Bazarlara daim getmək və tapılmayan və ya tapılması çətin olan məhsullar barədə məlumatları aidiyyatı struktur bölməyə yönləndirmək;
- Açıqlanması Cəmiyyətə zərər verə bilən digər kommersiya və xidməti məlumatların qorunmasını təmin etmək;
- Tabe olduğu məsul şəxsin göstərişlərinə vaxtında və kefiyyətlə riayət etmək, görülmüş işlərə dair günlük, həftəlik və ya aylıq hesabatlar təqdim etmək.
Tələblər:
- Təchizat, logistika üzrə ali təhsil;
- Əlaqəli sahədə 4 ildən artıq iş təcrübəsi;
- Nəqliyyat vasitələrinə aid alışlarda (ehtiyyat hissələri və s.) bilik və təcrübəsi olanlara üstünlük veriləcəkdir;
- Kompüter bacarıqları: MS Office proqramları (Excel,Word, Outlook proqramlarını yaxşı bilməli);
- Azərbaycan dilində rəsmi danışıq və yazışma qabiliyyəti. Rus və ingilis dili bilərlərə üstünlük veriləcəkdir;
- Sürücülük vəsiqəsinin mövcudluğu və mexanika sürət qutusu olan avtomobili idarə edə bilmək əsas şərtlərdən biridir.
İş şəraiti:
- 5 günlük iş qrafiki (şənbə və bazar günləri istirahətdir);
- Əmək haqqı: 1400-1600 Azn aralığındadır.
Vakansiya ilə maraqlanan şəxslər CV-lərini mövzu yerində "Satınalma və təchizat üzrə aparıcı mütəxəssisi" yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Əks halda müraciətiniz nəzərdən qaça bilər.
A-G 
Az - Granata LLC
Emal sənayesi
2011-ci ildə inşa olunmuş 2.5 hektar sahəni əhatə edən zavod, Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından biridir. AZGRANATA meyvə şirəsi, konsentrat və kompot ilə yanaşı, şərab…