VTVita Terra

Satış Meneceri

Bakı Опубликовано 3 ч. назад Источник
Полная занятость Продажи
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
18 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Vita Terra

Vakansiya / İş Təsviri

Vəzifə: Satış Meneceri

şirkət haqqında

Vita Terra — kənd təsərrüfatı mühafizə vasitələri (gübrə və pestisidlər) sahəsində idxal və satışla məşğul olan şirkətdir. Müştəri bazamıza fermerlər, təsərrüfatlar, distribütorlar və aqro-mağazalar daxildir. Komandamıza həm satışı aparan, həm də məhsul uçotu və çatdırılmanı nizamlı idarə edə bilən Satış Meneceri axtarırıq.

Vəzifənin məqsədi

Satış hədəflərinə çatmaq, müştərilərlə uzunmüddətli əlaqələr qurmaq və eyni zamanda müştərilərə verilən məhsulların uçotunu, anbar qalığına nəzarəti və çatdırılma prosesini nizamlı şəkildə təşkil etmək.

Əsas vəzifələr

Satış

  • Mövcud və yeni müştərilərlə (fermerlər, təsərrüfatlar, distribütorlar, aqro-mağazalar) satışın həyata keçirilməsi.
  • Müştərilərlə görüşlərə getmək, sahədə məhsulları təqdim etmək və satış danışıqları aparmaq.
  • Aylıq və mövsümi satış hədəflərinin yerinə yetirilməsi (əkin/becərmə mövsümlərinin nəzərə alınması).
  • Qiymət təklifləri hazırlamaq, sifarişləri qəbul etmək və rəsmiləşdirmək.

Uçot və stok (anbar) nəzarəti

  • Müştərilərə verilən məhsulların uçotunun aparılması (kimə, nə qədər, hansı şərtlə verilib).
  • Anbar qalığına nəzarət — məhsulun mövcudluğu, çatışmazlıq və ehtiyat səviyyələrinin izlənməsi.
  • Satış və qalıq məlumatlarının müntəzəm yenilənməsi (Excel və ya şirkət uçot sistemi vasitəsilə).
  • Debitor borclarının izlənməsi — müştərilərin ödəniş və borc vəziyyətinin qeydiyyatı və maliyyə şöbəsi ilə uzlaşdırılması.

Çatdırılma və logistika

  • Sifarişlərin müştəriyə çatdırılmasının təşkili və koordinasiyası.
  • Anbar və nəqliyyat ilə əlaqələndirmə — vaxtında və düzgün çatdırılmanın təmin edilməsi.
  • Çatdırılma sənədlərinin (qaimə, çatdırılma qeydləri) düzgünlüyünə nəzarət.

Hesabatlıq

  • Rəhbərliyə müntəzəm satış, qalıq və debitor hesabatlarının təqdim edilməsi.
  • Müştəri məlumat bazasının aktual saxlanması.

Tələblər (məcburi)

  • Ən azı 2 il satış və ya satış+uçot sahəsində iş təcrübəsi (aqro/kimya, FMCG, distribusiya sahələri üstünlükdür).
  • Excel-də (cədvəl, sadə düsturlar) uçot aparmaq bacarığı.
  • Sürücülük vəsiqəsi (B kateqoriya) və regionlara ezamiyyətə hazır olmaq.
  • Azərbaycan dilində sərbəst danışıq və yazı; hesabat tərtib etmək bacarığı.
  • Nizamlılıq, məsuliyyət və rəqəmlərlə diqqətli işləmə.

Arzuolunan (üstünlük)

  • Aqrar/kimya məhsulları (gübrə, pestisid) üzrə bilik və ya təhsil (aqronomiya, kimya, aqrobiznes).
  • Mövcud müştəri/fermer bazası ilə iş təcrübəsi.
  • 1C və ya oxşar uçot proqramı ilə iş bacarığı.
  • Rus və/və ya ingilis dili biliyi.

Şəxsi keyfiyyətlər

Güclü kommunikasiya və danışıq aparma bacarığı, nəticəyönümlülük, müstəqil iş qabiliyyəti, planlaşdırma və eyni anda satış ilə uçotu balanslaşdırma bacarığı.

Təklif olunan şərtlər

 

İş yeri / region

Bakı

İş qrafiki

Tam ştat, həftədə 5-6 gün

Əmək haqqı

Sabit + satış bonusu

Əlavə şərtlər

Nəqliyyat/yanacaq, telefon, ezamiyyə xərcləri

Sınaq müddəti

3 ay

Müraciət qaydası

CV-nizi [email protected] ünvanına “Satış Meneceri” başlığı ilə göndərin. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Похожие вакансии

Смотреть все