Satış Meneceri
Опубликовано 18 ч. назад Источник ↗
Категория Клиентский сервис
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Namizədə tələblər
- Yaş: 25–45
- Azərbaycan dilini sərbəst bilmək, rus dili biliyi arzuolunandır.
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi.
- Ali təhsil (Biznesin idarə edilməsi, İqtisadiyyat və ya əlaqəli ixtisaslar üzrə üstünlük verilir).
- Analitik düşünmə və problem həll etmə bacarığı.
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı.
- Müştərilərlə peşəkar münasibət qurmaq bacarığı.
- İşgüzar etik qaydalara riayət etmək.
- Qida məhsullarının satışı sahəsində iş təcrübəsinin olması üstünlükdür.
Vəzifə öhdəlikləri
- Öhdəliyində olan satış kanalı üzrə satış prosesini effektiv şəkildə idarə etmək və müəyyən edilmiş satış hədəflərinin icrasını təmin etmək.
- Günlük, həftəlik və aylıq fəaliyyət planlarını hazırlamaq və icrasına nəzarət etmək.
- Yeni müştərilərin cəlb edilməsi və satış kanallarının inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərmək.
- Yeni satış imkanlarını araşdırmaq və müştəri bazasını genişləndirmək.
- Planlı və müntəzəm müştəri ziyarətlərini həyata keçirmək.
- Marketləri mütəmadi olaraq ziyarət etmək, satış prosesinə və məhsulların təqdimatına nəzarət etmək.
- Şirkətin Satış Müdiri tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
- Distribyutor əməkdaşlarını mütəmadi ziyarət etmək, onların fəaliyyətinə nəzarət etmək və satış hədəflərinin icrasını təmin etmək.
- Satış hesabatlarını hazırlamaq, rəhbərliyə təqdim etmək və nəticələr əsasında təkliflər vermək.
- Satış proseslərinin optimallaşdırılması və xidmət keyfiyyətinin artırılması istiqamətində tədbirlər görmək.
- Müqavilələrin hazırlanması, sifarişlərin icrasına nəzarət etmək və ödəniş proseslərinin izlənilməsini təmin etmək.
- Bazar tendensiyalarını, rəqiblərin fəaliyyətini və müştəri ehtiyaclarını analiz edərək satış fəaliyyətinin inkişafı ilə bağlı təkliflər vermək.
- Distribyutor komandalarının satış fəaliyyətini izləmək, yaranan problemləri operativ şəkildə həll etmək və lazımi dəstəyi göstərmək.
- Distribyutorlarla davamlı əməkdaşlıq əlaqələrini qorumaq və satış hədəflərinə nail olunmasına dəstək vermək.
İş şəraiti:
- Ünvan: Babək pr, Əlişir Nəvai 17
- İş qrafiki - həftədə 5 günlük iş rejimi
- Əmək haqqı - razılaşma yolu ilə
Maraqlanan namizədlər cv-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə və ya 010-228-00-21 nömrəsi ilə əlaqə saxlaya bilər..
Lezzet group