My Group Holding MMCMy Group Holding MMC

Satış məsləhətçisi (elektronika)

Опубликовано 2 дн. назад Источник: azvak.az ↗
Продажи
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
26 iyul 2026

О должности

1. Vəzifələr və məsuliyyətlər

  • Mağazada satış prosesinin peşəkar şəkildə icra olunması.

  • Müştərilərlə fərdi yanaşma əsasında münasibət qurmaq və onları düzgün yönləndirmək

  • Müştərilərə məhsulların xüsusiyyətlərini, üstünlüklərini və zəmanət şərtlərini izah etmək.

  • Mağazada təqdim olunan məhsulların dizayna uyğun və təmiz şəkildə düzülməsinə, ümumi vizual görünüşünə nəzarət etmək.

  • Yüksək satış hədəflərinə çatmaq üçün aktiv və təşəbbüskar olmaq.

  • Müştəri şikayət və sorğularını cavablandırmaq.

  • Şirkət daxilində satış meneceri və digər şöbələrlə effektiv əməkdaşlıq etmək.

  • Gündəlik, həftəlik və aylıq satış hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.

  • Mövcud və yeni məhsullar haqqında daim məlumatlı olmaq və öz biliklərini artırmaq üçün təlimlərdə iştirak etmək.

  • Anbarla əlaqədə olub məhsul stoklarını nəzarətdə saxlamaq. 

2. Tələb edilən bacarıqlar və təhsil

  • Orta ixtisas təhsilli.

  • Elektronika sahəsində ən azı 1-3 il satış təcrübəsi arzuolunandır.

  • Satış texnikaları və müştəri psixologiyası barədə biliklərə sahib olmaq.

  • Azərbaycan və rus dilləri sərbəst,  ingilis dilini bilmək üstünlükdür.

  • 1C proqramında işləmə bacarığı.

  • Aktiv dinləmə və effektiv ünsiyyət bacarıqları.

  • Satış texnikaları və müştəri etirazlarını idarəetmə bacarığı.

  • Problemləri həll etmə və qərarvermə bacarığı.

  • Komanda ilə işləmə və təşəbbüskarlıq.

3. İş saatları və əmək şərtləri

  • Əmək haqqı: 600 AZN (+ bonus)

  • İş qrafiki: Növbəli iş qrafiki.

  • İş yeri: C. Naxçıvanski küç. 88Q - Podium Mall filialı. 

Müraciət etmək istəyən namizədlərdən CV-lərini mövzu hissəsində “Satış məsləhətçisi” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

My Group Holding MMC
My Group Holding MMC
Topdansatış və pərakəndə ticarət

My Group Holdingin tərkibində fəaliyyat göstərən şirkətlər: MyShops Azərbaycanda mobil və elektron avadanlıqların satışı üzrə liderlərdən biridir. Şirkətimizin təklif etdiyi məhsulların keyfiyyəti…

Похожие вакансии

Смотреть все