FOLDBOX AZ Satış mütəxəssisi
Режим работы Полная занятость Опыт 3–5 лет Категория Продажи
О должности
Foldbox Azərbaycanda portativ qarajlar, hovuz örtükləri və söhbətgah həllərini təqdim edən innovativ brenddir. Məhsullarımız limitli çeşidə malik olsa da, yüksək dəyərli və bazarda fərqlənən həllərdir.
İşin təsviri:
- Mövcud şəxsi əlaqələr və network üzərindən potensial müştərilərin tapılması
- Müştərilərlə ilkin ünsiyyətin qurulması və satış prosesinin idarə olunması
- Zərurət olduqda müştərilərlə görüşlərin təşkili (həftədə 1 dəfə)
- Şirkət rəhbərliyi ilə koordinasiya və müştəri yönləndirilməsi
- Görülən işlər üzrə qısa hesabatların təqdim edilməsi
Tələblər:
- 25–35 yaş aralığında (qadın namizədlərə üstünlük veriləcəkdir)
- Satış sahəsində minimum 3–5 il təcrübə
- Güclü kommunikasiya və danışıq bacarığı
- Geniş şəxsi əlaqələr və biznes network
- Nəticəyönümlü və təşəbbüskar yanaşma
- Öz işini müstəqil idarə etmə bacarığı
İş şərtləri:
- Tam remote (uzaqdan) çalışma imkanı
- Sərbəst iş qrafiki
- Yüksək dəyərli məhsullar üzrə satış imkanı
- Şirkət tərəfindən satış prosesində dəstək və rəhbərlik görüşləri
Əməkdaşlıq və qazanc modeli:
Bu vəzifə üzrə əməkdaşlıq forması və qazanc strukturu namizədin təqdim edəcəyi təklif əsasında müəyyən ediləcək. (Performansa əsaslanan yüksək qazanc potensialı mövcuddur.)
Maraqlanan namizədlər öz CV-lərini [email protected] qeyd olunan adresə göndərə bilərlər.

FOLDBOX AZ