AR Alcopoint RetailAlcopoint Retail

Satış təmsilçi

Опубликовано 7 ч. назад Источник
Продажи
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
5 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

“Alcopoint Retail MMC” – spirtli və spirtsiz içkilərin idxalı və satışı, həmçinin tütün məmulatlarının satışı üzrə fəaliyyət göstərən şirkətdir.

Şərab evlərinə Bəy Satış Məsləhətçisi axtarırıq!

  • Bakı şəhəri daxilində:

  • Neapol dairəsi

  • Heydər Əliyev prospekti

  • 28 may

  • Tibb Universitetinin yanı

  • Qara Qarayev

  • Şəhərdaxili mağazalarımız üzrə vakansiya aktivdir (yeni mağazaların açılması məqsədilə).

  • Xüsusilə aşağıdakı ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcək:

  • Uyğunluq, imkan və ehtiyac olduğu halda hazırda və yaxın gələcəkdə iş yeri üzrə ərazi dəyişikliyi mümkün ola bilər.

Əsas vəzifələr:

  • Müştərilərin qarşılanması və məhsullar barədə düzgün məlumatlandırılması

  • Satış və sifariş prosesinin düzgün icrası

  • Kassa əməliyyatlarının aparılması

  • Məhsulların vitrin və rəflərdə səliqəli düzülüşü

  • Məhsulların qiymət, son istifadə tarixi və görünüşünün yoxlanılması

  • Mağaza və anbarın səliqəsinin qorunması

  • Müştəri məmnuniyyətinin təmin olunması

  • Daxili tapşırıqların və mağaza qaydalarının icrası

Tələblər:

  • Retail satış sahəsində minimum 1 il iş təcrübəsi və ya güclü satış bacarığı

  • Şərab və içki məhsulları üzrə təcrübə arzuolunandır

  • Bu sahəyə marağı olan namizədlərə üstünlük verilir

  • Azərbaycan dilində sərbəst danışıq

  • Rus dili biliyi arzuolunandır (vacib deyil)

  • Güclü ünsiyyət və satış bacarıqları

  • 1C proqramında orta səviyyədə işləmə və ya kassa təcrübəsi

  • Ciddi, məsuliyyətli və səliqəli namizədlər qiymətləndirilir

  • Satış bacarığı və potensialı olan namizədlərə iş prosesi öyrədilir

İş şərtləri

  • Növbəli iş qrafiki

  • İş saatları: 09:00–18:00 / 16:00–01:00

  • Əmək haqqı: 600 – 900+ AZN (bonus daxil)

  • Gecə növbəsində yol xərci qarşılanır (01:00-dək)

  • Yalnız bir növbə seçimi mümkün deyil

  • Həftəiçi bir gün istirahət

  • Müsahibə üçün baş ofis :

  • Bakı şəhəri, Aşıq Molla Cümə küç. 40A

Karyera imkanı:

  • Güclü, özünə güvənən və təcrübəli namizədlər üçün sınaq müddətini uğurla keçdiyi halda birbaşa yeni mağaza üzrə Mağaza Meneceri vəzifəsinə təyinat imkanı mövcud ola bilər.

  • Digər namizədlər ilkin mərhələdə Satış Məsləhətçisi kimi fəaliyyətə başlayır

Bizim üçün önəmlidir:

  • Uzunmüddətli əməkdaşlıq düşünən və komandamızın bir parçası olmaq istəyən şəxslər

  • Məsuliyyətli, öyrənməyə açıq və kollektivlə işləmə bacarığı olan namizədlər

  • İş prosesi, daxili qaydalar və satış sistemi sınaq müddətində mərhələli şəkildə öyrədilir

Biz təklif edirik:

  • Stabil və uzunmüddətli iş

  • Karyera inkişafı imkanı

  • Rəqabətli əmək haqqı

  • Şəffaf və peşəkar iş mühiti

Müraciət qaydası:

Namizədlər CV-lərini: [email protected] ünvanına və ya

055 721 12 12 nömrənin vatsapına göndərə bilərlər.

(Şəxsi məlumat yazılması və ya CV göndərilməsi mütləqdir)

əks halda cavab verilmiyəcək.

Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Похожие вакансии

Смотреть все
Позвонить