Aroma Magic Satış təmsilçisi
Опубликовано 18 ч. назад Источник ↗
Категория Клиентский сервис
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Aroma Magic komandası olaraq aroma diffuser cihazları və premium ətir sistemlərinin satışı sahəsində fəaliyyət göstərən mağazamız üçün məsuliyyətli, ünsiyyətcil və satış bacarığı yüksək olan xanım əməkdaş axtarırıq.
Vəzifə öhdəlikləri:
- Aroma diffuser cihazları və ətirlər haqqında müştərilərə ətraflı məlumat vermək;
- Satış prosesini peşəkar şəkildə həyata keçirmək;
- Mövcud və potensial müştərilərlə mütəmadi əlaqə saxlamaq;
- Müştəri məmnuniyyətini təmin etmək və uzunmüddətli əməkdaşlıqlar qurmaq;
- Mağaza vitrininin və məhsulların səliqəli və cəlbedici şəkildə təqdim olunmasına nəzarət etmək;
- Mağazanın ümumi nizam-intizamını qorumaq.
Tələblər:
- Xanım namizəd
- Rus dili biliyi
- Güclü ünsiyyət və təqdimat bacarıqları;
- Satış sahəsində təcrübə arzuolunandır;
- Məsuliyyətli, enerjili və xoş ünsiyyət qurma bacarığı.
İş qrafiki:
- Həftənin 6 günü
- Saat: 10:00 – 20:00
- Həftədə 1 gün istirahət (həftə içi istənilən gün seçilə bilər)
Əmək şəraiti:
- Rəsmi əmək müqaviləsi;
- Aylıq əmək haqqı: 800 AZN
- Mağaza satışlarından əlavə 3% bonus
CV-nizi və ya özünüz haqqında qısa məlumatı Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına Satış təmsilçisi başlığı ilə göndərə bilərsiniz.
Aroma Magic komandasında sizinlə işləməkdən məmnun olarıq!
Эта вакансия есть и на других сайтах
Ishly собирает весь рынок в одном месте — не нужно проверять каждый сайт отдельно.

Aroma Magic