Satış təmsilçisi (Balakən, Qax)
Опубликовано 21 ч. назад Источник ↗
Категория Клиентский сервис
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Əsas vəzifə öhdəlikləri:
- Şəki, Qax, Zaqatala və Balakən rayonlarında müştərilərə Azercell nömrələrinin və xidmətlərinin təqdim olunmasını və satışını həyata keçirmək;
- Müştərilərə nömrə seçimi, tariflər və xidmətlər barədə ətraflı məlumat vermək;
- Müştərilərlə peşəkar və nəzakətli ünsiyyət qurmaq;
- Satış planlarının icrasını təmin etmək və aylıq hədəflərə nail olmaq;
- Müştəri məlumatlarını sistemə düzgün və tam şəkildə daxil etmək;
- Şirkət prosedurlarına uyğun sənədləşməni aparmaq;
- Mövcud və yeni kampaniyalar barədə məlumatlı olmaq, müştərilərə uyğun təkliflər təqdim etmək;
- Müştəri məmnuniyyətini təmin etmək və daxil olan sorğuları operativ cavablandırmaq;
- Satış sonrası dəstəyi təmin etmək (aktivləşdirmə, texniki yönləndirmə və s.);
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və düzgün icra etmək.
Namizədə dair tələblər:
- Ali və ya orta ixtisas təhsili;
- Satış və ya müştəri xidməti sahəsində iş təcrübəsi arzuolunandır;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
- Güclü ünsiyyət və təqdimat bacarıqları;
- Müştəriyönümlü və nəticəyönümlü yanaşma;
- Komandada işləmək bacarığı;
- MS Office proqramlarında işləmək bacarığı;
- Məsuliyyətli, intizamlı və operativ olmaq;
- Satış hədəfləri ilə işləmək bacarığı;
- B kateqoriyalı sürücülük vəsiqəsinin olması və nəqliyyat vasitəsini idarə etmək bacarığı;
- Balakən və ya Qax rayonunda yaşayan namizədlərə üstünlük veriləcəkdir.
İş şəraiti:
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin ediləcəkdir;
- İş qrafiki: 6 günlük;
- İş yeri: Distant iş (Baş ofis: Göyçay rayonu).
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Satış Təmsilçisi (Balakən/Qax)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
My Group Holding MMC
Topdansatış və pərakəndə ticarət
My Group Holdingin tərkibində fəaliyyat göstərən şirkətlər: MyShops Azərbaycanda mobil və elektron avadanlıqların satışı üzrə liderlərdən biridir. Şirkətimizin təklif etdiyi məhsulların keyfiyyəti…