Satış üzrə Direktor
Опубликовано 16 ч. назад Источник ↗
Категория Клиентский сервис
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Əsas vəzifələr:
- Otelin bütün Satış və Marketinq funksiyalarını idarə etmək, problemsiz koordinasiyanı təmin etmək.
- Strateji planlaşdırma və icra vasitəsilə otelin ümumi gəlirini, bazar payını və gəlirliliyini maksimuma çatdırmaq.
- Ümumi Otel Marketinq Planını hazırlamaq və həyata keçirmək, strategiyaların və təşəbbüslərin vaxtında və peşəkar şəkildə icrasını təmin etmək.
- Otel gəliri və marka bazar payını artırmaq üçün təşviqat strategiyalarının, marketinq planlarının və iş imkanlarının planlaşdırılması və inkişafına rəhbərlik etmək.
- Əlavə məhsul imkanlarını müəyyənləşdirmək və mövcud müştərilərə əlavə satışlar etmək.
- Həm daxili komanda üzvləri, həm də müştərilərlə vaxtında və peşəkar şəkildə əlaqə saxlamaq.
- Potensial müştərilərlə müqavilələr bağlamaq, danışıqlar aparmaq.
- İlin bütün dövrlərində satış kvotasını davamlı olaraq yerinə yetirmək.
- İşgüzar sərgilərdə və digər rəsmi tədbirlərdə oteli təmsil etmək.
- Satış fəaliyyətinin bütün məlumatlarını mövcud sistemlərdə qeyd etmək, hesablar, potensial müştərilər, imkanlar, əlaqə məlumatları və fəaliyyətlərin yenilənməsi üçün SOP-lara əməl etmək.
- Satış performansını artırmaq üçün müntəzəm və strukturlaşdırılmış satış və biznes təlim proqramlarında iştirak etmək.
- Qonaqpərvərlik sənayesininn tendensiyaları, imkanlar və rəqabət meylləri barədə məlumatlılığı inkişaf etdirmək və saxlamaq.
Namizədə aid tələblər:
- Otel və ya qonaqpərvərlik sahəsində satış və marketinq üzrə iş təcrübəsi
- İngilis və rus dillərində sərbəst ünsiyyət bacarığı
- Yüksək liderlik keyfiyyəti, komanda idarəetmə və əməkdaşlıq bacarığı
- Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət yetirmək qabiliyyəti
- Yaxşı kommunikasiya və təqdimat bacarıqları, problem həll etmə qabiliyyəti.
Maraqlanan namizədlərdən CV-lərini mövzu yerində uyğun vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Эта вакансия есть и на других сайтах
Ishly собирает весь рынок в одном месте — не нужно проверять каждый сайт отдельно.
Ibis Baku city
Mehmanxana və ictimai iaşə xidmətləri
Ibis Baku City Hotel is located just 22 km from Heydar Aliyev International Airport, 4 km from Old Town, 2 km from Port Baku Mall, right in the heart of the business district of Baku, 2 min walking…