Unibank ASC Şəbəkə Əməliyyatları Bölməsinin Mütəxəssisi
Режим работы Полная занятость Категория ИТ
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Təsvir
- Bankın şəbəkə infrastrukturu, serverləri, sistemləri və kritik xidmətlərinin fasiləsiz monitorinqinin həyata keçirilməsi;
- Monitorinq platformaları (Zabbix, Grafana, PRTG və s.) vasitəsilə sistemlərin real vaxt rejimində izlənilməsi;
- Aşkar olunan nasazlıqlar, performans zəifləmələri və kritik xətələr barədə müvafiq administratorların, mühəndislərin və məsul şəxslərin SMS, telefon zəngi və ya digər operativ vasitələrlə məlumatlandırılması;
- Xətanın xarakterinə uyğun olaraq insidentlərin vaxtında eskalasiya olunması (NOC → Network → Systems → Security və s.);
- Şəbəkə və xidmətlərin əlçatanlığına təsir göstərə biləcək risklərin əvvəlcədən müəyyən edilməsi və preventiv xəbərdarlıqların verilməsi;
- İlkin diaqnostika tədbirlərinin həyata keçirilməsi.
Üstünlüklərimiz:
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Güclü komanda və bilik mübadiləsi mühiti;
- Rahat və müasir iş şəraiti;
- Tibbi sığorta.
Tələblər
- Müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili;
- İT və ya şəbəkə inzibatçılığı sahəsində minimum 1–2 il iş təcrübəsi (NOC sahəsində təcrübə üstünlükdür);
- Monitorinq alətləri (Zabbix, Grafana və s.) ilə işləmək bacarığı;
- IP, Ping, Traceroute, DNS və HTTP/HTTPS status kodları üzrə baza bilikləri;
- İnsidentlərin təsnifatı və eskalasiya prosedurları üzrə anlayış;
- Növbəli (shift) iş rejimində işləmək imkanı;
- Analitik düşüncə, yüksək diqqətlilik və operativ qərarvermə bacarığı.
U 

Unibank ASC
Unibank – Azərbaycanın 1992-ci ilin iyul ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın…