Can-Pa Səhər yeməyi hazırlaya bilən köməkçi
О должности
“CAN-PA” MMC Ağ Şəhər filialına səhər yeməyi hazırlaya bilən köməkçi axtarır
Vəzifə öhdəlikləri:
Şirkətin müəyyən etdiyi resept və standartlara uyğun olaraq səhər yeməklərinin hazırlanmasında iştirak etmək;
Səhər yeməyi məhsullarını keyfiyyət standartlarına uyğun hazırlamaq;
İstifadə olunan ərzaqların düzgün saxlanılmasına və yararlılıq müddətinə nəzarət etmək;
Mətbəx avadanlıqlarından təhlükəsizlik qaydalarına uyğun istifadə etmək;
İş sahəsinin təmizliyini və sanitariya-gigiyena normalarını təmin etmək;
Məhsulların hazırlanması zamanı qida təhlükəsizliyi qaydalarına riayət etmək;
Gündəlik hazırlıq işlərini vaxtında yerinə yetirmək və mətbəxin fasiləsiz fəaliyyətinə dəstək olmaq;
Lazım olduqda aşpazın digər tapşırıqlarını yerinə yetirmək və komanda ilə koordinasiyalı işləmək.
Tələblər:
Səhər yeməklərinin hazırlanması sahəsində təcrübə arzuolunandır;
Məsuliyyətli, çevik və komandada işləmək bacarığı;
Gigiyena qaydalarına ciddi riayət etmək.
Təklif edirik:
Bonus və motivasiya imkanları
Karyera yüksəlişi və peşəkar inkişaf imkanı
Əmək qanunvericiliyinə uyğun məzuniyyət hüququ
Əmək qanunvericiliyinə uyğun rəsmi işə qəbul
Maraqlanan namizədlər CV-lərini göndərə və ya əlaqə saxlaya bilərlər.
Müraciət üçün: (051) 240 95 68
Və ya CV-nizi yazaraq [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

“CAN-PA” MMC olaraq yolumuza 1993-cü ildə Can markasını daşıyan şirniyyat istehsalıyla başladıq. Onlarca dadı damaqda qalacaq lokum çeşidləri, bir-birindən ləzzətli marmalad, pişmaniye,draje, nogul,…