Şəmkir filialı-Filial meneceri
О должности
"GL" ASC (Sizin Lombard)
Şəmkir şəhərində yerləşən filial üzrə
📌 Filial Meneceri vakansiyası elan edir!
Əsas vəzifə öhdəlikləri:
- Filial əməkdaşlarının fəaliyyətinə və təqdim olunan kreditlərin icrasına nəzarət etmək;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və vaxtında ödənişlərin təmin olunmasına şərait yaratmaq;
- Yeni kredit və satış metodlarının tətbiqi ilə bağlı təşəbbüslərlə çıxış etmək;
- Kreditlərin təsnifləşdirilməsi və Kredit Komitəsinə təqdim olunmasını təşkil etmək;
- Problemli kreditlərlə bağlı hesabatlar hazırlamaq və aidiyyəti şöbələrə təqdim etmək;
- Filial üzrə müəyyən edilmiş hədəflərə nail olmaq və Baş Ofis ilə səmərəli əməkdaşlıq etmək.
Namizəddən tələblər:
- Maliyyə, kredit və ya satış sahəsində rəhbər vəzifədə minimum 1 il iş təcrübəsi;;
- Ali təhsil;
- Microsoft Office proqramlarında (xüsusilə Word və Excel) sərbəst işləmək bacarığı;
- Yaş həddi: 30–50 ;
- Fərdi və komanda ilə işləmə bacarığı, təşəbbüskarlıq və məsuliyyətlilik.
İş şəraiti və təkliflər:
- İş qrafiki: Bazar ertəsi – Cümə | 09:00 – 18:00
- Əməkhaqqı: Razılaşma yolu ilə
- Əlavə olaraq əməkhaqqının iki mislinə qədər bonus alma imkanı.
- Peşəkar inkişaf və karyera yüksəlişi perspektivləri
- Qeyd: Filialın kateqoriyası qalxdıqca əməkhaqqı da mütənasib şəkildə artacaq.
Müraciət qaydası:
Tələblərə cavab verən namizədlərdən “Filial Meneceri (Şəmkir)” başlığı ilə CV-lərini aşağıdakı elektron poçt ünvanına göndərmələri xahiş olunur:
📧 [email protected]
✅ Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
📌 Göndərilən CV-lər şirkətimizin məxfi məlumat bazasında qorunur.
Əlaqə:
📍 Ünvan: Şəmkir şəhəri, 20 Yanvar küçəsi 93
📞 Telefon: (+994 50) 248 10 00
🌐 Vebsayt: www.sizinlombard.az
📩 Email: [email protected]
2016-cı ildən fəaliyyətə başlayan “GL” ASC müştərilərə “Sizin Lombard” brendi ilə çevik və keyfiyyətli xidmət göstərir. Bakı şəhəri və Respublikamızın bölgələrində 53 filial şəbəkəsi ilə müştərilərə…