Senior Brand Marketing Specialist
Режим работы Полная занятость Категория Маркетинг
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Vakansiyanın təsviri
- Məlumatlandırıcı və təşviqedici, reklam xarakterli kreativ mətnlərin, o cümlədən məhsul və xidmət ad və şüarlarının hazırlanmasına nəzarət etmək
- Vebsayt, kampaniyalar, interaktiv səsli yazılar və marketinqlə əlaqəli digər fəaliyyətlər üçün mətnlərin tərtibatı və yoxlanılmasını koordinasiya etmək
- Brend imicinin idarə edilməsi və təkmilləşdirilməsi üçün yeni brend kampaniyalarının planlanması və icrasında iştirak etmək
- Marketinq kommunikasiyalarına dair hesabatları hazırlamaq
- Marketinq kommunikasiyaları ilə bağlı Qrup daxili satınalma və büdcə proseslərini idarə etmək
- Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək
- Şirkətə aid məlumatların məxfiliyini təmin etmək
- Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən şifahi/ yazılı tapşırıqları icra etmək
Xüsusi tələblər
- Ali təhsil
- Kreativ məzmun və mətn tərtibatı, yoxlanılması, redaktəsi üzrə təcrübə
- Brend kampaniyalarının planlanması və icrası üzrə təcrübə
- Kreativ agentliklərlə işləmə, layihələrin və büdcənin idarə olunması bacarıqları
- Satınalma prosesləri, vendorlarla işləmə və büdcə planlaması üzrə təcrübə
- Brend və marketinq sahəsində minimum 4 il təcrübə
- Azərbaycan və ingilis dillərində peşəkar yazı və ünsiyyət bacarıqları, rus dili biliyi üstünlükdür
- MS Word, Excel, PowerPoint, Outlook proqramları
Azerconnect Group
İnformasiya və kommunikasiya
Azerconnect Group ölkəmizin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərir. 2013-cü ildə təsis edilmiş Azerconnect Group rəqəmsal qloballaşma prosesləri…