İ İteam Groupİteam Group

SƏTƏM (HSE) Mütəxəssisi

Опубликовано 14 ч. назад Источник
Инжиниринг
Ежемесячная зарплата
₼1,500+
Срок подачи
6 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

İş yeri - Bakı (obyektlərə ezamiyyətlərlə)

Nəzərdə tutulan əmək haqqı - 1500 – 2500 AZN aralığında

Vəzifənin məqsədi

  • Quraşdırma sahələrində (obyektlərdə), anbar və istehsalat proseslərində Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi (SƏTƏM/HSE) standartlarının tətbiqini təmin etmək, işçi heyəti üçün təhlükəsiz iş mühiti yaratmaq və şirkəti əməliyyat risklərindən qorumaq.

Əsas vəzifə və öhdəliklər

  • Quraşdırma obyektlərində (təhlükəsizlik sistemləri, şlaqbaum, WIM stansiyaları) SƏTƏM qaydalarına riayət olunmasına nəzarət etmək
  • İşə başlamadan əvvəl risklərin qiymətləndirilməsi (Risk Assessment) və təhlükəsiz iş metodları (Method Statement) sənədlərini hazırlamaq
  • Hündürlükdə iş, elektrik təhlükəsizliyi, yolüstü/tranzit zonalarda iş kimi yüksək risk daşıyan fəaliyyətlər üçün xüsusi təlimatlar tərtib etmək
  • İş yerlərində müntəzəm təhlükəsizlik yoxlamaları (audit) və qeyri-uyğunluqların aradan qaldırılması üzrə tədbirlərin icrasına nəzarət etmək
  • İş yerində baş verən hadisə, qəza və insidentlərin araşdırılması, hesabatlılığı və kök səbəb analizini aparmaq
  • Yeni işçilər və subpodratçılar üçün SƏTƏM təlimlərinin (induction) təşkili və keçirilməsi
  • Fərdi mühafizə vasitələrinin (FMV/PPE) təminatına və düzgün istifadəsinə nəzarət
  • Ətraf mühitin mühafizəsi tələblərinə (tullantıların idarə edilməsi, təbii resurslardan səmərəli istifadə) uyğunluğu təmin etmək
  • Dövlət qurumları (Əmək Müfəttişliyi və s.) ilə əlaqələrin qurulması və qanunvericiliyə uyğunluğun izlənməsi
  • Aylıq/rüblük SƏTƏM hesabatlarının rəhbərliyə təqdim edilməsi

Tələblər

  • Ali təhsil — Əməyin mühafizəsi, Ekologiya, Mühəndislik və ya oxşar sahə üzrə
  • SƏTƏM/HSE sahəsində minimum 2-3 il iş təcrübəsi (tikinti, quraşdırma və ya sənaye sahəsində arzuolunandır)
  • İSO 45001 (Əməyin Təhlükəsizliyi) və İSO 14001 (Ətraf Mühit) standartları barədə biliklər
  • Azərbaycan Respublikasının əmək mühafizəsi qanunvericiliyinə dərin bələdlik
  • Risklərin qiymətləndirilməsi metodologiyaları (HAZOP, JSA və s.) üzrə praktiki bacarıq
  • MS Office proqramları üzrə sərbəst işləmə bacarığı
  • Yüksək məsuliyyət hissi, təfərrüata diqqət və qərar qəbul etmə bacarığı
  • Sürücülük vəsiqəsi (B kateqoriyası) — üstünlükdür, obyektlərə ezamiyyət tələb olunur

Şirkətimiz nə təklif edir

  • Rəqabətədavamlı əmək haqqı (müsahibə zamanı müzakirə olunur)
  • Rəsmi məşğulluq və sosial təminat
  • Müasir texnologiyalar əsasında aparılan iri infrastruktur layihələrində iştirak
  • Sabit və peşəkar korporativ mühit

Maraqlanan namizədlər CV-lərini vəzifənin adını ("SƏTƏM Mütəxəssisi") mövzu sətrində qeyd etməklə aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər:

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İ İteam Group
İteam Group
İnformasiya və kommunikasiya

Şirkətimiz təhlükəsizlik sistemlərinin, şlaqbaumların, ödənişli yollar və nəqliyyat vasitələrinin hərəkət halında çəkisinin ölçülməsi sistemlərinin quraşdırılması, İT infrastrukturlarının qurulması…

Похожие вакансии

Смотреть все
Откликнуться