SƏTƏM üzrə koordinator (Zaqatala)
- Режим работы
- Полная занятость
- Категория
- Безопасность
О должности
Təsvir
Fındıq bağlarında əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühit qaydalarına əməl olunmasına nəzarət etmək.
İşçilərin fərdi mühafizə vasitələrindən düzgün istifadə etməsini təmin etmək və buna nəzarət etmək.
İş sahələrində təhlükəli vəziyyətləri müəyyən etmək və rəhbərliyə məlumat vermək.
Təhlükəsizlik qaydalarının pozulması hallarını qeydə almaq və aradan qaldırılması üçün tədbirlər görmək.
Yeni işçilərə təhlükəsizlik üzrə ilkin təlimatlandırmanın keçirilməsində iştirak etmək.
Yanğın təhlükəsizliyi vasitələrinin mövcudluğuna və saz vəziyyətdə olmasına nəzarət etmək.
Baş vermiş hadisə, qəza və insidentlər barədə məlumat toplamaq və hesabat hazırlamaqda iştirak etmək.
İş sahələrinin təmizliyi və ekoloji tələblərə uyğunluğuna nəzarət etmək.
Gündəlik monitorinqlər aparmaq və nəticələri müvafiq qaydada sənədləşdirmək.
Rəhbərlik tərəfindən verilən digər SƏTƏM yönümlü tapşırıqları yerinə yetirmək.
Tələblər
Ali Təhsil (Mühəndislik üzrə ali təhsil üstünlükdür).
Müvafiq sahə üzrə minumum 1 il iş təcrübəsi(Kənd təsərrüfatı sahələrində, xüsusilə bağçılıq və ya fındıq bağlarında iş təcrübəsinin olması üstünlük hesab olunur.)
Aidiyyəti sahə üzrə beynəlxalq və ya yerli sertifikatların olması üstünlükdür.
Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi, istehsalat sanitariyası və yanğından mühafizə üzrə normativ biliklər
Ətraf mühitin mühafizəsi və texniki təhlükəsizlik qanunvericiliyinə dair biliklər