Azersun Holding SƏTƏM üzrə mütəxəssis
Режим работы Полная занятость Опыт 1–3 года Категория HR
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Vakansiyanın təsviri
Azersun Holding-ə bağlı olan Sunbeverage MMC-də SƏTƏM üzrə mütəxəssis vakansiyamız aktivdir.
- İş yeri: Cəbrayıl, İstehsalat ərazisi;
- İş qrafiki: Növbəli
- Nahar şirkət tərəfindən təmin olunur.
Xüsusi tələblər
- Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi, mühəndislik və ya müvafiq texniki sahə üzrə ali təhsil;
- SƏTƏM (#HSE) sahəsində minimum 1-3 il iş təcrübəsi;
- Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə yerli qanunvericilik və normativ aktları bilməsi;
- Risklərin qiymətləndirilməsi və risklərin idarə olunması metodları üzrə praktiki biliklər;
- Təlimatlandırma və işçilərlə təhlükəsizlik üzrə maarifləndirmə aparmaq bacarığı;
- Qəza və insidentlərin araşdırılması və hesabatların hazırlanması üzrə təcrübə;
- FMV (fərdi mühafizə vasitələri) və təhlükəsizlik standartları üzrə biliklər;
Müraciət etmək istəyən namizədlər öz CV-sini [email protected] email adresinə "SƏTƏM üzrə mütəxəssis-Cəbrayıl" qeyd etməklə göndərə bilər. Seçim yalnız Cəbrayıl və yaxın bölgələrdə yaşayan namizədlər arasında aparılacaq.
Müraciət etmək üçün: [email protected]
Azersun Holding
Emal sənayesi
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir. Qida sektorunda…