FM Facility Management GroupFacility Management Group

SƏTƏMM üzrə aparıcı mütəxəssis

Bakı Опубликовано 3 ч. назад Источник
Полная занятость HR
Ежемесячная зарплата
Зарплата по договорённости
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Təsvir

Şirkətimiz iş yerlərində təhlükəsiz əmək şəraitinin təmin edilməsini həyata keçirəcək SƏTƏMM üzrə aparıcı mütəxəssis axtarır. Namizəd əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühit üzrə tələblərə riayət olunmasına nəzarət edəcək, risklərin qiymətləndirilməsi və profilaktik tədbirlərin həyata keçirilməsində iştirak edəcək.


  • İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühit tələblərinə riayət olunmasına nəzarət etmək;
  • Riskləri müəyyənləşdirmək, bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması üçün profilaktik tədbirlər hazırlamaq və icrasını təmin etmək;
  • İş yerlərinin sanitar-texniki vəziyyətinin, bina və qurğuların, avadanlıqların, ventilyasiya sistemlərinin və mühafizə vasitələrinin normativ tələblərə uyğunluğunu yoxlamaq;
  • Təxliyyə planlarının hazırlanmasında iştirak etmək və əməkdaşlar üçün təhlükəsizlik üzrə təlimatlandırma aparmaq;
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə təlimlərin təşkili və əməkdaşların biliklərinin qiymətləndirilməsində iştirak etmək;
  • Bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək, risk mənbələrini müəyyənləşdirmək və aradan qaldırılması üzrə təkliflər vermək;
  • İş şəraitinin və avadanlıqların qanunvericiliyin və normativ tələblərin tələblərinə uyğunluğunu qiymətləndirmək;
  • Fəaliyyəti üzrə müntəzəm hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.

Tələblər

  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, mühəndislik və ya digər uyğun sahə üzrə ali təhsil;
  • SƏTƏMM sahəsində minimum 3 il iş təcrübəsi (tikinti sahəsində iş təcrübəsi üstünlükdür);
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi, SƏTƏMM üzrə normativ hüquqi aktlar və müvafiq standartlar üzrə biliklər;
  • Risklərin qiymətləndirilməsi, təhlükəsizlik auditləri və hadisələrin araşdırılması üzrə praktiki biliklər;
  • Təlim keçmək, təqdimat hazırlamaq və hesabat tərtib etmək bacarığı;
  • Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint) işləmək bacarığı;
  • Azərbaycan dilində sərbəst, rus və ingilis dili biliyi üstünlükdür;
  • Analitik düşüncə, məsuliyyətlilik, yüksək təşkilatçılıq və komanda ilə işləmək bacarığı.
Эта вакансия есть и на других сайтах
Ishly собирает весь рынок в одном месте — не нужно проверять каждый сайт отдельно.
FM Facility Management Group
Facility Management Group

Facility Management Group ofis və yaşayış binası, biznes və ticarət mərkəzləri və digər müxtəlif təyinatlı daşınmaz əmlakın idarə edilməsini həyata keçirən aparıcı şirkətdir. Missiyamız Daşınmaz…

Похожие вакансии

Смотреть все
Откликнуться