CO
Company

SƏTƏMM üzrə menecer

Опубликовано 18 ч. назад Источник: jobsearch.az ↗
Ежемесячная зарплата
₼2,000+
Откликнуться
Категория
Безопасность

О должности

Əmək haqqı: 2000-2500 AZN

Əsas Vəzifə Öhdəlikləri:

  • İş sahələrində SƏTƏMM qaydalarına riayət olunmasına nəzarət etmək, gündəlik və həftəlik yoxlamalar (inspeksiyalar) aparmaq, aşkar edilmiş uyğunsuzluqları sənədləşdirmək və aradan qaldırılması üzrə tədbirlər görmək;
  • İşə başlamazdan əvvəl risk qiymətləndirmələrinin hazırlanmasını təmin etmək və risklərin minimuma endirilməsi üçün preventiv tədbirlər həyata keçirmək;
  • Yeni və mövcud əməkdaşlar üçün SƏTƏMM üzrə induksiya və dövri təlimlər təşkil etmək, işönü təlimatlandırma prosesinə nəzarət etmək;
  • Bədbəxt hadisələri, insidentləri araşdırmaq, kök səbəbləri təhlil edərək müvafiq hesabatlar hazırlamaq və təkrarlanmanın qarşısının alınması üçün tədbirlər planı hazırlamaq;
  • Şirkətin fəaliyyətinin Azərbaycan Respublikasının əmək qanunvericiliyinə, həmçinin ISO 45001 və ISO 14001 beynəlxalq standartlarının tələblərinə uyğunluğunu təmin etmək, SƏTƏMM üzrə sənədlərin, jurnalların, təlimatların və planların düzgün aparılmasına nəzarət etmək;
  • İşçilərin xüsusi geyim və fərdi mühafizə vasitələri ilə vaxtında və düzgün təmin olunmasına, eləcə də həmin vasitələrin düzgün istifadəsinə nəzarət etmək.

Namizədə Tələblər:

 

  • Ali təhsil (texniki və ya mühəndislik sahəsi üzrə təhsil üstünlükdür);
  • SƏTƏMM sahəsində minimum 3–5 il iş təcrübəsi;
  • Qüvvədə olan müvafiq sertifikatların olması (NEBOSH IGC və ya IOSH sertifikatlarının mövcudluğu üstünlük hesab olunur);
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinin əməyin mühafizəsi ilə bağlı müddəalarını, texniki təhlükəsizlik normativlərini və ISO 45001 / ISO 14001 beynəlxalq standartlarının tələblərini bilmək;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı, ingilis dili biliyinin olması üstünlükdür;
  • İş prosesindən irəli gələn ezamiyyətlərdə iştirak etmək üçün səyahət məhdudiyyətinin olmaması;
  • MS Office proqramları (Word, Excel, PowerPoint) ilə sərbəst işləmək bacarığı;
  • Güclü kommunikasiya və liderlik bacarıqları, yüksək məsuliyyətlilik, prinsipiallıq, komandanı idarəetmə, çevik qərarvermə, analitik düşüncə və problem həll etmə bacarığı.

 

Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “SƏTƏMM üzrə menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Mövzu hissəsi düzgün qeyd olunmayan və ya vakansiya tələblərinə uyğun olmayan müraciətlər nəzərdən keçirilməyə bilər. Yalnız ilkin seçim mərhələsindən uğurla keçən namizədlərlə əlaqə saxlanılacaqdır.

Похожие вакансии

: