Şəxsi avtomobili olan Satış təmsilçisi (qadın-kişi)
О должности
İş barədə məlumat:
Məhsulların tanıdılması və satış hədəflərinin yerinə yetirilməsi;
Yeni məhsul sifarişlərinin qəbul edilməsi;
Ərazidəki satış həcmi az olan nöqtələrdə satışın artırılmasını təmin etmək;
Yerli bazarı araşdırmaq;
Yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması;
Müştərilərlə müqavilə bağlanmasının və sənədləşmə işinin təşkili;
Yeni müştərilərlə uzunmüddətli münasibətlərin yaradılması və loyallığın artırılması üzrə işlərin aparılması;
Gündəlik, həftəlik və aylıq satış analizinin aparılması və hesabatın hazırlanıb rəhbərliyə təqdim edilməsi.
Namizədə aid tələblər:
Ali təhsil
Satış sahəsində təcrübə
Şəxsi avtomobil və B kateqoriya sürücülük vəsiqəsi
Hərbi mükəlləfiyyət (bəy namizədlər üçün)
Aktiv, dünyagörüşlü, ünsiyyətcil
Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
Təminatımız:
5 günlük iş rejimi (istirahət günləri - Şənbə, Bazar)
Yanacaq şirkət tərəfindən təmin olunur.
Əmək haqqı - Fix + Bonus (1000-1500 AZN)
Vakansiya ilə maraqlanan şəxslərdən CV formalarını [email protected] elektron ünvanına və ya 051 206 60 68 vatsap nömrəsinə Subject/Mövzu hissəsində “Satış təmsilçisi” qeyd etməklə göndərmələri xahiş olunur.