Sistem administratoru
Опубликовано 15 ч. назад Источник ↗
Категория ИТ
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Namizədə verilən tələblər:
- Sistem inzibatçılığı sahəsində minimum 3 il praktiki iş təcrübəsi;
- Windows Server, Active Directory, Group Policy, DNS, DHCP və fayl xidmətlərinin gündəlik idarə olunması üzrə təcrübə;
- Microsoft 365 və Exchange Online xidmətlərinin inzibatçılığı, istifadəçi, lisenziya və qrup idarəetməsi üzrə praktiki bacarıqlar;
- Microsoft Entra ID-də istifadəçi, qrup, cihaz, MFA, autentifikasiya metodları və inzibati rolların idarə olunması üzrə təcrübə;
- Conditional Access nəticələrinin, sign-in loglarının və identifikasiya problemlərinin təhlili bacarığı;
- Entra Connect və ya Cloud Sync vasitəsilə lokal Active Directory ilə Entra ID sinxronizasiyası üzrə praktiki biliklər;
- Microsoft Intune-da cihaz qeydiyyatı, compliance və configuration siyasətləri, tətbiq təyinatları və cihaz əməliyyatlarının idarə olunması üzrə təcrübə;
- Windows Autopilot, Company Portal, Entra joined və Hybrid Entra joined cihazlarla iş bacarığı;
- VMware vSphere, Hyper-V, fiziki serverlər, storage və backup sistemlərinin gündəlik inzibatçılığı üzrə təcrübə;
- TCP/IP, VLAN, routing, VPN və firewall prinsipləri üzrə praktiki şəbəkə bilikləri;
- PowerShell vasitəsilə inzibati əməliyyatların, hesabatların və sadə avtomatlaşdırma işlərinin icrası təcrübəsi;
- On-premises, Microsoft 365 və hibrid (hybrid) mühitdə yaranan texniki problemlərin müstəqil şəkildə araşdırılması və həlli bacarığı;
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı, texniki ingilis dilində sənədlərlə işləmək qabiliyyəti;
- Problemləri analiz etmə və operativ həll tapmaq bacarığı;
- Komanda ilə işləmək və işə məsuliyyətli yanaşmaq.
Üstünlük hesab edilən bacarıqlar:
- Exchange Server və Exchange Hybrid infrastrukturu ilə iş təcrübəsi;
- Intune Endpoint Security və Microsoft Defender for Endpoint üzrə biliklər;
- Microsoft Graph və PowerShell vasitəsilə avtomatlaşdırma təcrübəsi;
- Azure virtual maşınları, şəbəkə və monitorinq xidmətləri üzrə ilkin praktiki biliklər.
İş qrafiki: 5 günlük iş rejimi.
Əmək haqqı: Müsahibə zamanı müəyyən olunacaq.
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını - “Sistem administratoru” yazmaqla göndərə bilərsiniz.
A 
AzEduNet MMC