Unibank ASC SME kreditləri üzrə təcrübəçi (Gəncə-Kəpəz üzrə)
Категория Финансы
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Təsvir
SME Kreditlər komandasında təcrübə keçərək bank sektorunda real iş mühiti ilə tanış olmaq və peşəkar biliklərini inkişaf etdirmək istəyən namizədləri komandamıza dəvət edirik.
Təcrübə proqramı çərçivəsində siz:
- SME kreditləşmə prosesləri ilə yaxından tanış olacaqsınız;
- Daxil olan müraciətlər əsasında müştərilərin maliyyə vəziyyətinin və biznes fəaliyyətinin təhlili prosesində iştirak edəcəksiniz;
- Kredit təkliflərinin hazırlanması və kredit sənədlərinin rəsmiləşdirilməsi prosesində dəstək göstərəcəksiniz;
- Kredit portfelinin monitorinqi və ödəniş intizamının izlənilməsi prosesində iştirak edəcəksiniz;
- Təcrübəli əməkdaşların mentorluğu ilə praktiki bilik və bacarıqlar əldə edəcəksiniz.
Tələblər
- İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi və ya digər uyğun ixtisas üzrə yeni məzun;
- Maliyyə, kreditləşmə və biznes təhlili sahəsində dərin nəzəri biliklər;
- Analitik düşüncə tərzi və məlumatları təhlil etmək bacarığı;
- Öyrənməyə yüksək motivasiya və peşəkar inkişaf istəyi;
- Güclü ünsiyyət bacarıqları və komandada işləmək bacarığı;
- Məsuliyyətli, diqqətli və səlis yazılı və şifahi ünsiyyət bacarıqları;
- MS Excel proqramı üzrə ilkin biliklər üstünlük hesab olunur.
Biz nə təklif edirik?
- Bank sektorunda real iş təcrübəsi qazanmaq imkanı;
- Peşəkar mentorların dəstəyi ilə inkişaf;
- SME kreditləşmə sahəsində praktiki biliklərin əldə olunması;
- Dinamik və peşəkar komandada çalışma imkanı;
- Təcrübə proqramını uğurla başa vuran namizədlər üçün bankda karyera imkanlarının qiymətləndirilməsi.
U 

Unibank ASC
Unibank – Azərbaycanın 1992-ci ilin iyul ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın…