ANG MMC Smeta xərcləri üzrə mühəndis
Опубликовано 14 ч. назад Источник ↗
Категория Инжиниринг
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
ANG MMC tikinti sahəsində həyata keçirdiyi layihələr üzrə peşəkar komandasını genişləndirir. Şirkətimiz tikinti layihələrinin planlaşdırılması və xərclərin effektiv idarə olunması istiqamətində təcrübəli və məsuliyyətli Smeta Mühəndisini komandamıza dəvət edir.
Əgər siz tikinti sahəsində Smeta işlərinin hazırlanması, xərclərin təhlili və layihələrin maliyyə baxımından düzgün idarə olunması üzrə bilik və təcrübəyə maliksinizsə,sizi komandamızın bir hissəsi olmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
- Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsi;
- Layihəyə dair aylıq texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi);
- Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması;
- Sahələrdən gələn texniki hesabatların yoxlanması;
- Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq;
- Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək
- Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanması və təhlili;
- Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması;
- Müqaviləyə daxil olmayan iş həcminin dəyərləndirilməsi.
Vəzifə ilə bağlı tələblər:
- Müvafiq vəzifədə minimum 3 il tikintidə təcrübə;
- Mühəndis ixtisası üzrə ali təhsil;
- Layihə smeta işlərinin hazırlanması üçün normativ hüquqi sənədləri bilməli;
- Yüksək səviyyədə ofis proqramları (xüsusilə Excel) biliyi;
- MS Project, AutoCad, 1C biliyi;
- 35-50 yaş arası namizədlər.
Əlavə məlumat
- Əməkhaqqı: namizədin bilik və bacarıqlarına əsasən müəyyən edilir.
- İş rejimi: 6 günlük iş qrafiki ilə təyin olunur.
- İş yeri: ANG MMC (Baş ofis)
Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq "Smeta xərcləri üzrə mühəndis" başlığı ilə göndərə bilər.
A 

ANG MMC