XƏB
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi
Sosial psixoloji dəstək bölməsinin rəhbəri
Ежемесячная зарплата
Зарплата по договорённости
- Режим работы
- Полная занятость
- Опыт
- career-levels.executive
- Категория
- Образование
О должности
Təsvir
- Bölmənin illik fəaliyyət və “Çərçivə Planı”nı hazırlamalı, təsdiq üçün rəhbərliyə təqdim etməli və planın icrasını təmin etməli;
- Sosial psixoloji dəstək fəaliyyətlərinin keyfiyyətini yüksəltmək məqsədilə inkişaf istiqamətləri üzrə təkliflər hazırlamalı;
- Bölmənin fəaliyyət sahəsinə dair yeni test, ölçmə vasitələri və alətlərin tətbiqi, araşdırılması və satın alınması ilə bağlı təkliflər təqdim etməli;
- Mərkəzin missiyası, vizyonu və dəyərləri ilə uyğunluğun qorunmasını təmin etməli;
- Bölmə əməkdaşları arasında əməkdaşlıq mühitini formalaşdırmalı, onların peşəkar inkişafını və daxili təlimlərə cəlb olunmasını dəstəkləməli;
- Tabeliyində olan işçilərin fəaliyyətini mütəmadi olaraq qiymətləndirməli, fərdi müsahibə planlarını təsdiq etməli və hesabatların düzgünlüyünə nəzarət etməli;
- Daxili keyfiyyət təminatı məqsədilə bölmənin fəaliyyətini təhlil etməli və davamlı inkişaf üçün tədbirlər görməli;
- Tələbə və müəllimlərə fərdi və qrup psixoloji konsultasiyaların təşkilini təmin etməli və xidmətlərin keyfiyyətinə nəzarət etməli;
- Məktəbdaxili sosial və emosional problemlərin həllinə dair təşəbbüslər irəli sürməli və tətbiqini həyata keçirməli;
- Fərdi inkişaf proqramları və motivasiya artırıcı layihələr hazırlamalı, onların tətbiqini təmin etməli;
- Zorakılıq, emosional böhran, travma və digər kritik vəziyyətlərdə uyğun psixoloji müdaxilə strategiyalarını hazırlamalı və tətbiq etməli;
- Psixoloji müalicəyə ehtiyacı olan şagirdləri aidiyyəti qurumlara yönləndirməli və prosesə nəzarət etməli;
- Valideynlərlə müntəzəm görüşlər təşkil etməli, onların iştirakı ilə məlumatlandırıcı sessiyalar və təlimlər həyata keçirməli;
- Valideyn iclaslarında iştirak etməli, valideynlərlə telefon danışıqlarının hesabatlarını yoxlamalı və uyğun tədbirlər görməli;
- Valideynlərlə əməkdaşlığı gücləndirməli, onların şagirdlərlə bağlı müraciətlərinə cavab verməli və yönləndirmələr təşkil etməli;
- “Psixoloji Dəstək Bölməsinə İstiqamət Forması” əsasında yönləndirilən şagirdləri uyğun əməkdaşlara təhkim etməli və onların təqibini təmin etməli;
- Məktəbə yeni köçürülmüş şagirdlərin adaptasiyası üçün oriyentasiya proqramlarını planlamalı və tətbiqinə nəzarət etməli;
- Müəllim və rəhbərlikdən daxil olan davranış və psixoloji çətinliklərlə bağlı müraciətlərə uyğun dəstək tədbirləri həyata keçirməli;
- Psixoloji dəstək fəaliyyətlərinə dair aylıq və illik hesabatların hazırlanmasını təmin etməli və rəhbərliyə təqdim etməli;
- Tətbiq edilən test, sorğu və proqramların nəticələrini təhlil etməli və müvafiq şəxsləri məlumatlandırmalı;
- Təlim, seminar və təşviqat fəaliyyətlərinin nəticələrini qiymətləndirməli və səmərəliliyin artırılması üçün tədbirlər görməli;
- Fəaliyyətini mövcud təhsil qanunvericiliyi, psixoloji etika normaları və daxili normativ sənədlərə uyğun şəkildə həyata keçirməli;
- Qanunvericilikdəki dəyişikliklər barədə bölmə əməkdaşlarını məlumatlandırmalı;
- Rəhbərliyin təyin etdiyi komitə, şura və komissiyalarda fəal iştirak etməli və bölməni təmsil etməlidir.
Tələblər
Təhsil:
- Psixologiya və ya əlaqədar sahədə ali təhsil (bakalavr və ya magistr).
- Ən azı 3 il psixoloji dəstək sahəsində və rəhbərlik mövqeyində iş təcrübəsi.
- Təhsil sektorunda iş təcrübəsi üstünlük sayılır.
Hüquqi və normativ biliklər:
- “Təhsil haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunları.
- BMT-nin Uşaq Hüquqları Konvensiyası.
- Əmək Məcəlləsinin və əmək münasibətləri ilə bağlı normativ sənədlərin əsas müddəaları.
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə qaydaları.
Peşəkar bilik və bacarıqlar:
- İxtisas sahəsinə dair müasir, elmi-nəzəri biliklər.
- Müasir psixoloji metod və texnikalar üzrə bilik və təcrübə.
- Psixometrik ölçmə vasitələri, imtahan sistemləri və qiymətləndirmə metodologiyaları üzrə bilik.
- Alfa və Z nəslinin inkişaf xüsusiyyətləri və yaş dövrləri üzrə psixoloji xüsusiyyətlər.
- Pedaqoji psixologiya və şagird mərkəzli yanaşmalar üzrə biliklər.
- 21-ci əsr bacarıqları və qlobal təhsil təşəbbüsləri haqqında məlumatlılıq.
İdarəetmə və təşkilati bacarıqlar:
- Komanda idarəetmə və liderlik bacarıqları.
- Təlim və seminarların təşkili və aparılması təcrübəsi.
- Büdcənin planlaşdırılması və idarə olunması bacarığı.
- Görüşlərin və zamanın idarə olunması.
- Arxiv idarəçiliyi və hesabatların hazırlanması.
- Qərarvermə və problem həll etmə bacarığı.
- Müsahibə aparma texnikası üzrə bilik və təcrübə.
Texniki və dil bilikləri:
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan dili – C2 səviyyəsində sərbəst yazı və şifahi bacarıqlar.
- Rus dili – minimum C1 səviyyəsində.
- Digər xarici dilləri bilmək üstünlükdür.
Şəxsi keyfiyyətlər:
- Yaxşı ünsiyyət və empatiya bacarığı.
- Stressli və həssas vəziyyətlərdə effektiv işləmək bacarığı.
- Etik davranış və məxfilik prinsipinə sadiqlik.