Titan Group Soyuducu İstehsalı Sexi üzrə Baş Usta / Usta
О должности
Azərbaycanın aparıcı istehsalat müəssisələrindən biri olan şirkətimiz soyuducu istehsalı sahəsində peşəkar, texniki biliklərə malik və nəticəyönümlü əməkdaşları komandamıza qoşulmağa dəvət edir.
Vəzifə öhdəlikləri:
Soyuducu avadanlıqlarının istehsalı, yığılması və montaj proseslərinin texniki tələblərə uyğun icra edilməsini təmin etmək;
İstehsal prosesində məhsul keyfiyyətinə və texniki standartlara nəzarət etmək;
Texniki çertyoj, layihə və istehsalat sənədləri əsasında işlərin həyata keçirilməsi;
Soyutma sistemlərinin komponentlərinin quraşdırılması, sazlanması və test edilməsində iştirak etmək;
İstehsal avadanlıqlarının düzgün istismarına nəzarət etmək;
Aşkarlanmış texniki nasazlıqların operativ şəkildə aradan qaldırılmasını təmin etmək;
İstehsal planlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə dəstək olmaq;
Material və ehtiyat hissələrinin səmərəli istifadəsini təmin etmək;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik və istehsalat intizamı qaydalarına ciddi riayət etmək;
İş yerində 5S standartlarının tətbiqinə və davamlı təkmilləşdirmə fəaliyyətlərinə dəstək vermək.
Tələblər:
Mexanika, Elektromexanika, Elektrik mühəndisliyi, Soyutma sistemləri və ya əlaqəli sahələr üzrə ali təhsil;
Soyuducu, kondisioner və ya sənaye avadanlıqlarının istehsalı sahəsində minimum 3 il iş təcrübəsi;
Texniki çertyoj və sxemləri sərbəst oxuma bacarığı;
İstehsalat avadanlıqları və əl alətləri ilə işləmək təcrübəsi;
Ölçü və nəzarət cihazlarından istifadə bacarığı;
İstehsal proseslərinin təşkili və keyfiyyət standartları haqqında biliklər;
MS Office proqramlarında işləmək bacarığı;
Lean Manufacturing, Kaizen və 5S metodologiyaları üzrə biliklər üstünlükdür;
Elektrik, qaynaq və ya soyutma sistemləri üzrə sertifikatların olması üstünlük hesab edilir.
Şəxsi keyfiyyətlər:
Yüksək məsuliyyətlilik;
Liderlik və təşkilatçılıq bacarığı;
Analitik düşüncə tərzi;
Operativ qərarvermə qabiliyyəti;
Komandada işləmək bacarığı;
Dəqiqlik və nəticəyönümlülük;
İnkişafa və öyrənməyə açıq olmaq.
Təklif edirik:
Rəqabətli əməkhaqqı və performansa əsaslanan əlavə bonuslar;
AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
Peşəkar və stabil iş mühiti;
Karyera inkişafı və təlim imkanları;
Müasir istehsalat avadanlıqları ilə işləmək imkanı;
Korporativ inkişaf proqramlarında iştirak.
Əmək haqqı:800-1500 Azn
İş yeri:
Binə qəsəbəsi.
İş qrafiki:
Tam iş günü:08.30- 17.30( Şənbə və bazar istirahət)
Nahar və servis şirkət tərəfindən təmin olunur.
Uyğun namizədlər CV-ni [email protected] mail adresinə göndərə bilərlər.
