TAİS İKFTAİS İKF

Soyuducu ustası

Опубликовано 21 ч. назад Источник
Инжиниринг
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
14 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

TAİS-İKF MMC komandamıza məsuliyyətli və təcrübəli “Soyuducu ustası” axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Soyuducu sistemlərin, işə salınması və sazlanmasını həyata keçirmək
  • Soyuducu avadanlıqlarda yaranan nasazlıqları yoxlamaq və aradan qaldırmaq
  • Kompressor, kondensator, buxarlandırıcı, ventilyator, termostat, idarəetmə paneli və digər komponentlərin təmiri və dəyişdirilməsini təmin etmək
  • Soyuducu sistemlərin gündəlik, həftəlik və aylıq texniki baxışlarını həyata keçirmək
  • Avadanlıqların fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə profilaktik tədbirlər görmək
  • Soyuducu qazların (freon və digər soyuducu agentlər) doldurulması, boşaldılması və sistem təzyiqlərinin yoxlanılmasını həyata keçirmək
  • Soyutma sistemlərinin enerji səmərəliliyini izləmək və optimallaşdırılması ilə bağlı təkliflər vermək
  • Yeni soyuducu avadanlıqların quraşdırılması zamanı montaj işlərində iştirak etmək və sistemlərin test edilməsini həyata keçirmək
  • Ehtiyat hissələri və sərf materiallarına olan tələbatı müəyyən etmək və aidiyyəti üzrə məlumat vermək
  • İstehsalat sahələrində yerləşən soyutma avadanlıqlarının təhlükəsiz istismarını təmin etmək
  • Qəza və fövqəladə hallarda operativ müdaxilə etmək və nasazlıqların qısa müddətdə aradan qaldırılmasına dəstək olmaq
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına uyğun fəaliyyət göstərmək
  • Birbaşa rəhbər tərəfindən verilən digər texniki tapşırıqları yerinə yetirmək

Namizədə tələblər:

  • Texniki peşə təhsili və ya müvafiq sahə üzrə sertifikatın olması arzuolunandır
  • Soyuducu sistemlərin quraşdırılması və təmiri sahəsində minimum 3 il iş təcrübəsi
  • Soyutma sistemlərinin iş prinsipləri, elektrik sxemləri və avtomatika sistemləri üzrə biliklər
  • Soyuducu qazlarla işləmə qaydalarını bilmək
  • Nasazlıqların yoxlanılması və problemlərin operativ həlli bacarığı
  • Texniki çertyoj, sxem və təlimatları oxumaq və tətbiq etmək bacarığı
  • Məsuliyyətlilik, diqqətlilik, komandada işləmək bacarığı

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş  rejimi ( şənbə qısa iş günüdür)
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
  • İş yeri: TAİS-İKF MMC
  • Ünvan: Nərimanov rayonu

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Soyuducu ustası” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

TAİS İKF
TAİS İKF

TAİS İKF MMC şirkəti 1994-cü ildən etibarən catering və dəstək xidmətləri (təmizlik, pest control, housekeeping, maintenance və s.) göstərir. Şirkət respublika miqyaslı bir sıra mühüm tədbirlərin…

Похожие вакансии

Смотреть все