İVR
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Strateji sektorlar üzrə innovasiya şöbəsinin baş layihə meneceri

Bakı Опубликовано 1 дн. назад Источник: glorri.az ↗
Ежемесячная зарплата
Зарплата по договорённости
Откликнуться
Режим работы
Полная занятость
Категория
Дизайн

О должности

Təsvir

  • Strateji sektorlar üzrə innovasiya strategiyalarının, yol xəritələrinin və fəaliyyət planlarının hazırlanması, icrası və nəticələrinin vahid metodologiya əsasında müntəzəm monitorinqi.
  • İnnovasiya ekosisteminin inkişafı üzrə layihə və proqramların idarə olunması — KPI-ların, risklərin, büdcə və resursların, vaxt qrafikinin və gözlənilən nəticələrin idarə edilməsi.
  • İnnovasiya fəaliyyətinin hüquqi-normativ bazasının formalaşdırılması, o cümlədən texnoparklar, vençur fondları və maliyyələşmə mexanizmləri üzrə qanunvericilik təşəbbüslərinin hazırlanması.
  • Dövlət qurumları, özəl sektor, startaplar, universitetlər, tədqiqat mərkəzləri, investorlar və beynəlxalq təşkilatlarla əməkdaşlığın və davamlı koordinasiyanın qurulması.
  • Fintech, healthtech, agritech, edtech, govtech, cleantech və süni intellekt kimi strateji sektorlar üzrə innovasiya təşəbbüslərinin müəyyən edilməsi, qiymətləndirilməsi və inkişaf etdirilməsi.
  • Açıq innovasiya və dövlət-özəl tərəfdaşlığı layihələrinin genişləndirilməsi, eləcə də dövlət təşkilatlarında daxili innovasiya mədəniyyətinin formalaşdırılması.
  • Yerli və beynəlxalq təcrübənin və benchmark təhlillərinin araşdırılması əsasında rəhbərlik üçün analitik hesabatların, təqdimatların və qərar layihələrinin hazırlanması.

Tələblər

  • Ali təhsil (biznesin idarə edilməsi, innovasiya menecmenti, iqtisadiyyat, informasiya texnologiyaları, layihə idarəçiliyi və ya dövlət idarəçiliyi);
  • Layihə idarəçiliyi sahəsində iş təcrübəsi — böyük və kompleks layihələrin rəhbərliyi və əlaqələndirilməsi;
  • Strateji sənədlərin, fəaliyyət planlarının, yol xəritələrinin və analitik hesabatların hazırlanması bacarığı;
  • İnnovasiya siyasəti, startaplar, akselerasiya proqramları, vençur kapitalı, korporativ innovasiya və beynəlxalq innovasiya trendləri barədə anlayış;
  • Analitik düşüncə, problem həll etmə, strateji qərarvermə, məsuliyyət və dəyişikliklərə adaptasiya bacarığı – dinamik mühitdə prioritetləri idarə etmək;
  • Maraqlı tərəflərlə işləmə, danışıqların aparılması və çoxsaylı komandaların idarə edilməsi bacarığı;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarığı (rəhbərlik və maraqlı tərəflərlə effektiv kommunikasiya);
  • Dil bilikləri: Azərbaycan dili – sərbəst; ingilis dili – yüksək səviyyə; rus dili – üstünlük;
  • Jira, Confluence, Miro, Figma, MS Project, Excel və PowerPoint kimi layihə idarəçiliyi və təqdimat alətləri ilə peşəkar səviyyədə işləmək;
  • PMP, PMI-ACP, sertifikatları mütləqdir (GinI, PSPO, PRINCE2 vəya digər beynəlxalq Agile sertikatları üstünlükdür)

Похожие вакансии

: