Su və Kanalizasiya təchizatı üzrə layihəçi mühəndis
Режим работы Полная занятость Опыт Более 5 лет Категория Логистика
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Vakansiyanın təsviri
- Daxili və xarici su təchizatı, kanalizasiya, yağış suyu və drenaj şəbəkələrinin layihələndirilməsinə rəhbərlik etmək və layihələri təsdiqləmək.
- Binadaxili və sahədaxili avtomatik yanğınsöndürmə sistemlərinin layihələndirilməsini idarə etmək.
- Su, kanalizasiya və drenaj şəbəkələri üzrə hidravlik hesablamaların aparılmasını və yoxlanılmasını təmin etmək.
- Su anbarları, nasosxanalar və mühəndis-kommunikasiya qovşaqlarının texniki həllərini hazırlamaq.
- Mühəndis-kommunikasiya xətlərinin trasslarının seçilməsi və digər bölmələrlə (memarlıq, konstruksiya, elektrik) koordinasiyasını həyata keçirmək.
- Layihələrin SNiP, SP, AzDTN və digər müvafiq normativ sənədlərə uyğun hazırlanmasına nəzarət etmək.
- Dövlət qurumları və sifarişçilərlə layihələrin razılaşdırılması prosesində iştirak etmək.
- Tikinti mərhələsində layihə müəllif nəzarətini həyata keçirmək.
- Komanda üzvlərinin işinə texniki rəhbərlik etmək, layihə sənədlərinin yekun keyfiyyətinə cavabdeh olmaq.
Xüsusi tələblər
- AutoCAD və REVİT proqramlarında sərbəst işləmə bacarığı;
- texniki sənədlərin hazırlanması üçün Word və Excel.
- Su-kanalizasiya və yanğınsöndürmə sistemləri üzrə hidravlik hesablamalar üzrə dərin bilik.
- SNiP, SP, AzDTN və digər normativ bazaya yüksək səviyyədə bələdlik.
- Komanda idarəetmə, koordinasiya və layihə nəzarəti bacarıqları.
- Azərbaycan və rus dillərində texniki sənədləşmə ilə işləmə bacarığı.
- Su təchizatı və mühəndis-kommunikasiya sistemləri (və ya su təsərrüfatı) üzrə ali texniki təhsil.
- Sahə üzrə minimum 7–10 il layihələndirmə təcrübəsi, o cümlədən mürəkkəb və xüsusi təyinatlı obyektlərdə.
- Yaşayış binaları, məktəb və bağçalar, nasosxanalar, hərbi və strateji obyektlər üzrə layihə təcrübəsi üstünlükdür.
NWC 
North West Construction