Camal LTD (İceland) Sürücü çatdırıcı (BC kateqoriya)
О должности
Camal LTD (İceland)-dən vakansiya: Sürücü çatdırıcı tələb olunur
Vəzifə öhdəlikləri:
– Yük avtomobilini idarə etmək, yükləri təyinatı üzrə daşımaq və tapşırılan yerlərə vaxtında və zərərsiz şəkildə çatdırmaq;
– Ona həvalə edilmiş şirkətin avtonəqliyyat vasitəsinin qorunub saxlanılmasına, salamatlığına və təyinatı üzrə düzgün istismarına və üzərinə düşən vəzifələrin vaxtlı-vaxtında keyfiyyətlə yerinə yetirilməsini təmin etmək;
– Avtomobilin sənədlərini yoxlamaq.
Namizədlərə tələblər:
– Təhsil: Orta
– İş təcrübəsi: Minimum 2 il yük avtomobili sürücüsü vəzifəsi üzrə iş təcrübəsi;
– Komanda ilə işləmək bacarığı;
– BC kateqoriyalı sürücülük vəsiqəsi;
– Müştərilərlə və kollektivlə ünsiyyət bacarıqları;
– Müəssisənin daxili nizam-intizam qaydalarına əməl etməlidir.
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş yeri: Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, döngə9/21D
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 750 manat təşkil edir və satışdan gələn bonus
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Sürücü Çatdırıcı” yazaraq [email protected] epoçt ünvanına ya da (055)900-32-07 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
