1T 189 Taxi189 Taxi

Sürücü cəlbi üzrə mütəxəssis

Опубликовано 1 дн. назад Источник
HR
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
19 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

İş yeri: Bakı şəhəri

Vəzifə öhdəlikləri:

  • Balansda olan avtomobillərə sürücü cəlb etmək;
  • Telefon zəngləri, sosial şəbəkələr və digər kanallar vasitəsilə yeni sürücülərin cəlb olunması;
  • Sosial şəbəkələrdə aktiv olmaq: canlı yayımlar açmaq, müraciətləri dolğun cavablandırmaq, reklam etmək;
  • Namizədlərlə görüşlərin təşkili, ilkin məlumatlandırma və təqdimat aparmaq;
  • Gündəlik və aylıq cəlb planlarının icrasını təmin etmək.

Namizədə tələblər:

  • Xanım namizədlər; 
  • 20–27 yaş arası; 
  • Satış və müştəri cəlbi sahəsində minimum 1 il iş təcrübəsi; 
  • Yaxşı nitq qabiliyyəti və yüksək təqdimat bacarığı; 
  • Satış və inandırma bacarığı; 
  • TikTok, Instagram və digər sosial şəbəkələrdən effektiv istifadə bacarığı; kamera qarşısında sərbəst ünsiyyət qurmaq və canlı yayımlar aparmaq bacarığı; 
  • Aktiv, ünsiyyətcil və məsuliyyətli olmaq; 
  • Komandada işləmək bacarığı.

Şirkət təklif edir: 

  • Rəsmi əmək müqaviləsi;
  • Sabit əmək haqqı + bonus sistemi (cəlb olunan sürücülərin sayına görə əlavə mükafatlar);
  • Peşəkar komanda ilə işləmək imkanı;
  • Karyera inkişafı və yüksəliş imkanları

Tələblərə uyğun  namizədlər CV-ni “Sürücü cəlbi üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə 055 203 98 89

1T 189 Taxi
189 Taxi
Nəqliyyat və anbar təsərrüfatı

189 TAXI xidməti Bakıda ilk taksi sifarişi xidmətidir. Sifarişlər 189 nömrəli Çağrı Mərkəzi, 189taxi.az saytı və Android və iOS mobil tətbiqləri vasitəsi ilə həftənin 7 günü, günün 24 saatı qəbul…

Похожие вакансии

Смотреть все