Al Market Sürücü (Isuzu Atego)
О должности
Al Market MMC-dan vakansiya: Sürücü tələb olunur
Vəzifə öhdəlikləri:
– Maşını işə salıb isinməyini və həmin müddətdə mağaza sənədlərinin hazırlanmasını gözləmək, kabinkanın içini səliqəyə salmaq və ilk mağazaya yola düşmək;
– Maşının saz vəziyyətdə olmasının və təmizliyinin məsuliyyətini daşımaq;
– Mağazaya çatdıqda malı maşından düşürüb mağaza sorumlusuna təhvil vermək;
– Mağazadan boş palet alıb palet tutanağına qeyd etmək və anbara təhvil vermək;
– Mağazadan geri qayıdanları təhvil almaq və anbara təhvil vermək;
– Palet tutanağına plomb mağaza müdiri tərəfindən yazıldıqdan sonra maşını plomblamaq və növbəti mağazaya yola düşmək;
– Maşın yükləndikdən sonra növbəti istiqamətə yola düşmək.
Namizədlərə tələblər:
– Təhsil: Orta
– İş təcrübəsi: Isuzu Atego tipli yük avtomobillərinin idarə olunması üzrə iş təcrübəsi
– BC və ya C kateqoriyalı sürücülük vəsiqəsi
İş şəraiti:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: 07:00-dan 15:00-kimi / 15:00-dan 23:00-kimi
– İş yeri: Dərnəgül anbarı
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 773 manat (NET) + 2,50 AZN yol pulu + 5 AZN yemek pulu
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Sürücü” yazaraq [email protected] epoçt ünvanına ya da (055)300-56-57 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
