Antaris Sürücü (şəxsi Ford tranzit markalı avtomobili olan)
О должности
İş barədə məlumat:
Satış qaiməsi əsasında malları anbardardan təhvil alıb tamlığı pozulmadan müştərilərə çatdırılma və təhvil-təslimi icra etmək;
Yerli alışlarda malları təchizatçılardan Təchizatçıya Sifariş (TS) üzrə təhvil almaq, sonra Şirkətin anbarına təhvil vermək.
Anbar çatdırılma müdirinin və Çatdırılma supervayzeri bilavasitə tapşırıqlarının yerinə-yetirilməsi;
Daxili nizam-intizam qaydalarına riayət etmək.
Namizədə tələblər:
Yaş: 22-35
Xoş və səliqəli görünüşə sahib olmalı
Dəqiqlik, dürüstlük, məsuliyyət, diqqətli olmaq;
Ünsiyyət qurmaq, səlis mədəni danışıq qabiliyyəti;
Kollektivdə işləmək bacarığı;
İş stajı – sürücü olaraq 3 il;
Sürücülük vəsiqəsi –BC;
Şəxsi avtomobilin olması mütləqdir (Ford transit tipli maşını olan şəxslərə üstünlük veriləcəkdir.);
Şəhəri tanımaq;
İş şəraiti:
İş qrafiki: Həftədə 6 iş günü (6-cı gün qısa iş günü: 09:00–14:00)
İstirahət günü: Bazar günü
Əmək haqqı: 1100–1200 AZN
Avtomobil üçün amortizasiya ödənişi: 200–300 AZN (avtomobilə görə təyin olunacaq)
Yanacaq xərcləri şirkət tərəfindən qarşılanır.
Namizədin aylıq ümumi gəliri: 1300–1500 AZN (əmək haqqı + amortizasiya ödənişi)
Ünvan: Binəqədi qəs., Binəqədi şossesi, Polis Bölməsindən sonra, Binəqədi Bravo supermarketinin yaxınlığı.
Rəsmi əmək müqaviləsi bağlanılır və sənədləşmə qanunvericiliyə uyğun aparılır.
Namizədlər CV-lərini Sürücü (şəxsi Ford tranzit markalı avtomobili olan) başlığı altında [email protected] ünvanına və ya 051 277 11 10 nömrəsinə göndərə bilərlər.

Antaris QSC – ofis və layihə təchizatında Azərbaycan bazarının lider şirkətlərindəndir. Çeşidə: dəftərxana, məişət ləvazimatları, qida, mebel, seyf, dolab, ofis üçün İT avadanlıq ilə yanaşı reklam…