A
A+CO ASC
Suvarma texnikaları və aqrotexnika üzrə mühəndis-mexanik
Опубликовано 19 ч. назад Источник: jobsearch.az ↗
Ежемесячная зарплата
Зарплата по договорённости
- Категория
- Инжиниринг
О должности
“A+CO” ASC “Suvarma texnikaları və aqrotexnika üzrə mühəndis-mexanik” vəzifəsi üzrə işçi axtarışı elan edir.
Vəzifə öhdəlikləri:
- Suvarma sistemlərinin, nasosların və digər əlaqəli avadanlıqların texniki diaqnostikasını aparmaq, nasazlıqları müəyyən etmək və aradan qaldırmaq;
- Kənd təsərrüfatı texnikalarının (traktorlar, qoşqular, çiləyicilər və digər avadanlıqların) texniki xidmətini və təmirini həyata keçirmək;
- Suvarma sistemlərinin fasiləsiz və səmərəli fəaliyyətini təmin etmək;
- Hidravlik, mexaniki və elektrik sistemlərində yaranan nasazlıqları aşkar etmək və təmir etmək;
- Texnika və avadanlıqların planlı texniki baxışlarını həyata keçirmək;
- Ehtiyat hissələrinə və təmir materiallarına olan tələbatı müəyyən etmək;
- Görülmüş təmir və texniki xidmət işləri barədə müvafiq qeydlər və hesabatlar aparmaq;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək.
Tələblər:
- Mexanika, kənd təsərrüfatı texnikası və ya əlaqəli sahə üzrə orta ixtisas və ya ali təhsil;
- Müvafiq vəzifə üzrə minimum 2 il iş təcrübəsi;
- Kənd təsərrüfatı texnikalarının və suvarma sistemlərinin iş prinsipləri üzrə biliklər;
- Nasazlıqların diaqnostikası və təmiri sahəsində praktiki bacarıqlar;
- İdarəetmə təcrübəsi, analitik düşünmə, analiz etmə qabiliyyəti, dəqiqlik, məsuliyyət, ünsiyyət qurma bacarığı, komanda ilə işləmə.
İş şəraiti:
- İş yeri: Saatlı rayonu;
- Nahar, korporativ nömrə, nəqliyyat və yaşayış yeri şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Suvarma texnikaları və aqrotexnika üzrə mühəndis-mexanik” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.