FKM
Forte Kids mağazalar şəbəkəsi
Təchizat üzrə Kateqoriya Meneceri
Опубликовано 2 нед. назад Источник: jobsearch.az ↗
Ежемесячная зарплата
Зарплата по договорённости
- Категория
- Логистика
О должности
Şirkətimiz əsas fəaliyyət istiqaməti üzrə məhsul təchizatının və satınalma proseslərinin effektiv idarə olunmasını təmin edəcək peşəkar, məsuliyyətli və analitik düşüncə qabiliyyətinə malik Təchizat üzrə Kateqoriya Meneceri axtarır.
Vəzifə öhdəlikləri:
- Şirkətin ehtiyaclarına uyğun məhsul və malların satınalma prosesinin həyata keçirilməsi;
- Yerli və xarici təchizatçılarla əməkdaşlığın qurulması və idarə olunması;
- Təchizatçılarla qiymət, ödəniş, çatdırılma və müqavilə şərtləri üzrə danışıqların aparılması;
- Bazar araşdırmalarının aparılması, qiymət analizlərinin və məhsul müqayisələrinin hazırlanması;
- Məhsul kateqoriyaları üzrə alış planlarının hazırlanması və icrasına nəzarət;
- Məhsul ehtiyatlarının (stok) izlənilməsi, tələbatın proqnozlaşdırılması və vaxtında sifarişlərin təmin edilməsi;
- Satınalma büdcəsinin effektiv idarə olunması və xərc optimizasiyası üzrə təkliflərin verilməsi;
- Təchizat və satınalma fəaliyyəti üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələblər:
- Təchizat, satınalma və ya kateqoriya idarəçiliyi sahəsində iş təcrübəsi;
- Güclü analitik düşünmə və bazar təhlili bacarığı;
- Təchizatçılarla peşəkar danışıqlar aparmaq və münasibətləri idarə etmək bacarığı;
- Yüksək məsuliyyətlilik, operativlik və nəticəyönümlü yanaşma.
Təklif edirik:
- Rəqabətli əmək haqqı;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Dinamik və korporativ iş mühiti;
- Güclü komandada çalışma imkanı.
- İş qrafiki: Tam iş günü
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Təchizat üzrə Kateqoriya Meneceri” qeyd olunması xahiş edilir.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.