MicroTech LLC Təchizat üzrə mütəxəssis
О должности
Əsas vəzifə öhdəlikləri:
Xarici və daxili təchizat üzrə bilik və bacarıqların tətbiqi
Təchizat ehtiyaclarının müəyyən olunması və satınalma prosesinin idarə edilməsi
Yerli və beynəlxalq təchizatçılarla danışıqların aparılması; qiymət təkliflərinin toplanması və müqayisəsi
Müqavilələrin hazırlanması və idarə olunması, icrasına nəzarət
Sifarişlərin vaxtında və düzgün icrasının təmin edilməsi
Təchizat zənciri risklərinin təhlili və alternativ təchizatçıların müəyyən edilməsi
Anbar, texniki və layihə komandaları ilə koordinasiyanın aparılması
Logistika və gömrük: Daşımaların təşkili, icra müddətlərinə nəzarət, gömrük brokerləri ilə qarşılıqlı əməkdaşlıq
Tələblər:
Ali təhsil (iqtisadiyyat, logistika, menecment və ya texniki ixtisaslara üstünlük verilir)
Təchizat sahəsində minimum 1-2 il iş təcrübəsi (İT və ya texnologiya layihələrində təcrübə üstünlükdür)
Azərbaycan və ingilis dillərini bilmək (rus dili üstünlükdür)
MS Office proqramlarında işləmək bacarığı
Güclü analitik düşünmə, danışıqlar aparma və vaxtın idarə olunması bacarığı
Məsuliyyətli, detallara diqqətli və komanda ilə effektiv işləmə bacarığı
İş şəraiti:
İş yeri: Çinar Plaza - Bakı, Heydər Əliyev pr. 152, AZ1029
Əmək haqqı: Bilik və bacarığa uyğun olaraq
İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00
Stabil iş mühiti
Mehriban və peşəkar iş mühiti
Təklif edirik (Benefits)
Rəqabətqabiliyyətli əməkhaqqı və bonus sistemi;
Push30 üzvlüyü – fitness və sağlam həyat tərzi imkanlarından istifadə;
Paşa Könüllü Tibbi Sığorta;
Peşəkar və dəstəkləyici komanda;
Karyera inkişafı və təlim imkanları.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər

Təməli 2017-ci ildə qoyulmuş “MicroTech” MMC Azərbaycanın İKT bazarında yeni texnologiyaların tətbiqi, müxtəlif biznes həllərinin hazırlanması, istehsalat və müxtəlif növ idarəetmə proseslərinin…