M
Minvolt MMC

Technical Operations Engineer — E-mobility

Bakı Опубликовано 1 дн. назад Источник: boss.az ↗
Ежемесячная зарплата
₼700 – 2,000
Откликнуться
Опыт
1 ildən 3 ilə qədər
Категория
Логистика

О должности

Şirkət: MinVolt

Yer: Bakı

İş formatı: Tam iş günü

Sahə: Elektrikli velosipedlər, şəhər logistikası, servis əməliyyatları, IoT, batareya infrastrukturu

Əməkhaqqı: Müsahibə əsasında

 

Şirkət haqqında

 

MinVolt Bakıda kuryerlər üçün elektrikli velosipedlərin icarəsi və servis infrastrukturu ilə məşğul olan e-mobility şirkətidir. Biz kuryerlərə sadəcə velosiped vermirik — biz tam işlək nəqliyyat sistemi qururuq: elektrikli velosipedlər, batareya dəyişmə məntəqələri, IoT izləmə, texniki servis, ehtiyat hissələri və operativ dəstək.

Hazırda məqsədimiz servis prosesini daha sistemli qurmaq və gələcəkdə bu modeli başqa şəhərlərə və partnyorlara genişləndirməkdir. Buna görə bizə sadəcə “velosiped ustası” yox, texniki düşüncəsi olan, öyrənməyə açıq və servis istiqamətini böyüdə biləcək mühəndis tipli komanda üzvü lazımdır.

 

Vəzifə haqqında

Biz Technical Operations Engineer axtarırıq. Bu rolun əsas məqsədi elektrikli velosiped parkının texniki vəziyyətini idarə etmək, servis proseslərini sistemləşdirmək, nasazlıqları analiz etmək, ehtiyat hissələrinin idarə olunmasına kömək etmək və istehsalçılarla texniki kommunikasiyada iştirak etməkdir.

Bu iş yalnız təmir etməkdən ibarət deyil. Burada əsas məsələ texniki problemləri anlamaq, səbəblərini tapmaq, məlumatları toplamaq, prosesi yaxşılaşdırmaq və gələcəkdə servis sistemini böyüdülə bilən biznes vahidinə çevirməkdir.

 

Müraciət: CV və hansı texniki sahəyə marağınız olduğunu [email protected] ünvanına göndərin.

 

 

Похожие вакансии

: