S
Sofcon Group

Təlim və Təhsil üzrə Koordinator

Опубликовано 19 ч. назад Источник: jobsearch.az ↗
Ежемесячная зарплата
Зарплата по договорённости
Откликнуться
Категория
Образование

О должности

Böyüyən komandamıza yeni üzv axtarırıq!

Biz peşəkar inkişaf və təlim layihələri həyata keçirən komandayıq. Fərdi iştirakçılar və korporativ müştərilər üçün müxtəlif sahələr üzrə praktiki yönümlü təlim proqramları hazırlayır, ekspertləri, təlimçiləri və peşəkarları bir araya gətiririk.

Hazırda komandamıza təlim proseslərinin təşkilində aktiv rol alacaq, insanlarla əlaqə qurmağı sevən və inkişaf layihələrinin içində olmaq istəyən Təhsil və Təlim üzrə Koordinator axtarırıq.

Bu rolda əsas məqsədimiz — yalnız təlimlərin təşkilini həyata keçirən deyil, eyni zamanda düzgün əlaqələr quran, yeni imkanları görə bilən və təlim ekosistemimizin inkişafına töhfə verəcək komanda üzvü tapmaqdır.

Bu rolda siz:

  • Təlim proqramlarının hazırlanması və koordinasiya prosesində iştirak edəcəksiniz;
  • Təlimçilər, ekspertlər və iştirakçılarla gündəlik kommunikasiyanı idarə edəcəksiniz;
  • Yeni təlimçi və mütəxəssislərlə əlaqələrin qurulmasına dəstək olacaqsınız;
  • Təlim, workshop və digər inkişaf tədbirlərinin təşkilində rol alacaqsınız;
  • İştirakçı məlumatlarının, cədvəllərin və proseslərin izlənilməsini həyata keçirəcəksiniz.

Sizi bu rolda fərqləndirəcək xüsusiyyətlər:

  • İnsanlarla rahat ünsiyyət qurmaq və əlaqələri inkişaf etdirmək bacarığı;
  • Təşkilatçılıq və koordinasiya qabiliyyəti;
  • Bir neçə prosesi paralel idarə edə bilmək;
  • Məsuliyyətli yanaşma və nəticəyə fokuslanmaq;
  • Yeni biliklər əldə etməyə və inkişaf etməyə maraq.

Aşağıdakı təcrübələr sizin üçün üstünlük olacaq:

  • Procurement, Supply Chain, Logistics, satış və ya biznes əlaqələrinin idarə olunması sahəsində təcrübə;
  • Müxtəlif şirkətlər və peşəkarlarla əlaqə qurmaq təcrübəsi;
  • Bazar haqqında anlayış və yeni əməkdaşlıqlar yaratmaq bacarığı.

Çünki bu rolda təlimlərin təşkilindən əlavə, doğru insanları və imkanları bir araya gətirmək, yeni əlaqələr qurmaq və inkişaf proseslərinə töhfə vermək vacibdir.

Sizə təqdim edirik:

  • Təhsil və inkişaf layihələrinin içində real praktiki təcrübə;
  • Müxtəlif sahələr üzrə peşəkarlarla işləmək imkanı;
  • Kommunikasiya, koordinasiya və layihə idarəetmə bacarıqlarını inkişaf etdirmək üçün mühit.

İş şəraiti

  • İş yeri: Caspian Plaza
  • İş qrafiki: Tam ştat (09:00–18:00)

CV-lərinizi “Təhsil və Təlim üzrə Koordinator” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz

Похожие вакансии

: