C CineMastercardCineMastercard

Təmizlik işçisi (bəy) Gənclik Mall

Bakı Опубликовано 2 нед. назад Источник
Полная занятость
Ежемесячная зарплата
₼576+
Срок подачи
5 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

CineMastercard kinoteatr şəbəkəsi Gənclik Mall filialında vakansiya: Təmizlik işçisi tələb olunur

Vəzifə öhdəlikləri:
– Günün əvvəlində, sonunda və seanslar arasında kino zallarında və xidməti otaqlarda zibilləri yığışdırır. Bu zaman toplanan istifadə olunmuş popkorn qutuları mütləq qaydada yerində cırılmalı daha sonra zibil torbasına yığılmalıdır;
– Kino zalları və sanitar qovşaqlar və xidməti otaqlarda tozları silir, döşəmədə, pilləkənlərdə, pəncərələrdə, divarlarda, plintuslarda quru və nəm təmizləmə işləri görür. Bu zaman xüsusi vasitələrdən istifadə edə bilər;
– Döşəmələrin, divarların və tavanların təmizlənməsi üçün müxtəlif yuyucu və dezinfeksiyaedici qarışıqlar hazırlayır və onlardan istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edir, maska və əlcəkdən istifadə edir;
– Toplanmış tullantıları və zibilləri kinoteatrdan müəyyən edilmiş yerlərə daşıyır;
– İş üçün lazım olan yuyucu vasitələr, inventar və digər materiallardan qənaətlə, ehtiyyatla və səliqə ilə istifadə edir;
– Zibil qablarını müəyyən olunmuş yerlərə düzür, onları vaxtında təmizləyir və dezinfeksiya edir;
– Təmizlik işləri gördükləri yerlərdə sanitariya və gigiyena qaydalarına riayət edir;
– İstirahət günləri və axşam saatlarında inzibatçının göstərişlərinə uyğun hərəkət edir;
– Dərin təmizlik işlərində iştirak edir.

Namizədlərə tələblər:
– Təhsil : Vacib deyil
– İş təcrübəsi : 1 ilə kimi
– Cins: Bəy namizədlər
– Tələbələrə uyğun deyil

İş şərtləri:
– İş qrafiki: 6 Günlük iş həftəsi
– İş vaxtı: 14:30-dan 23:30-kimi (axşam növbəsi)
– İş yeri: CineMastercard Gənclik Mall filialı

Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 576 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Təmizlik işçisi” yazaraq [email protected] epoçt ünvanına ya da (055)400-17-71 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil


Похожие вакансии

Смотреть все