MS Mint Services MMCMint Services MMC

Təmizlik işləri üzrə menecer

Опубликовано 13 ч. назад Источник
Продажи
Ежемесячная зарплата
₼1,500+
Срок подачи
21 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

"Mint Services” MMC  “Təmizlik işləri üzrə menecer” vəzifəsinə vakansiya elan edir:

Vəzifə öhdəlikləri:

  • Təyin olunmuş ərazidə təmizlik əməliyyatlarının planlaşdırılması və effektiv idarə olunması.
  • Təmizlik xidmətlərinin qrafiklərinin hazırlanması və gündəlik icrasının monitorinqi.
  • Təmizlik işlərinin keyfiyyət və təhlükəsizlik standartlarına uyğun həyata keçirilməsinə nəzarət.
  • Təmizlik avadanlıqları və vasitələrinin səmərəli və qənaətli istifadəsinin təmin olunması.
  • İşçilərin performansının, davamiyyətinin və vəzifə öhdəliklərinin izlənməsi.
  • Ərazinin təmizliyinin standartlara uyğunluğunun gündəlik yoxlanılması.
  • Daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarət
  • Tədbir və xüsusi layihələr zamanı personalın və resursların düzgün bölüşdürülməsinin təmin olunması.
  • Risklərin əvvəlcədən müəyyən edilməsi və əməliyyat proseslərinə təsir edə biləcək halların qarşısının alınması
  • İşçilərlə bağlı problemlərin vaxtında həlli və əməliyyatların fasiləsiz aparılmasının təmin olunması.
  • İşə qəbul, işdən çıxış və digər HR proseslərinin düzgün və vaxtında həyata keçirilməsinə nəzarət.
  • Direktor tərəfindən verilən digər tapşırıqların icrasının təşkil olunması və izlənməsi.

Namizədə dair tələblər:

  • Təmizlik və əməliyyat idarəçiliyi sahəsində ən az 3 il iş təcrübəsi.
  • Microsoft Office (xüsusən Word, Excel və Outlook) proqramlarında sərbəst işləmək bacarığı.
  • Keyfiyyətə nəzarət, gündəlik əməliyyatların izlənməsi və problemlərin operativ həlli.
  • Güclü təşkilati və kommunikasiya bacarıqları.
  • Məsuliyyətli, diqqətli, təşəbbüskar və stressə davamlı olması.
  • Komandada işləmək bacarığı.
  • Xarici dil biliyi üstünlükdür.

​​​​​​​Təminatlar:

  • İş yeri: Bakı şəhəri, Gənclik Mall ticarət mərkəzi
  • İş qrafiki: 6 günlük
  • Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə
  • Əmək haqqı: 1500 AZN

Uyğun namizədlər öz cvlərini “Təmizlik işləri üzrə menecer” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Похожие вакансии

Смотреть все
Откликнуться