Amper Elektrik Tender mütəxəssisi
Опубликовано 13 ч. назад Источник ↗
Категория Логистика
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Tender mərhələsi
- Dövlət və özəl satınalma portallarında (məsələn, etender.gov.az) elanların gündəlik monitorinqi
- Şirkətin fəaliyyət sahəsinə uyğun tenderlərin seçilməsi və analiz edilməsi
- Tender sənədlərinin (texniki tapşırıq, spesifikasiya və s.) ətraflı araşdırılması
- Uyğunluq analizinin aparılması (şirkətin tələblərə cavab verib-verməməsi
- Lazımi arayışların və sənədlərin (vergi, bank, lisenziya və s.) toplanması
- Tender portalına sənədlərin düzgün və vaxtında yüklənməsi
- Sifarişçi tərəfindən verilən sualların cavablandırılması
- Tender prosedurlarının qanunvericiliyə uyğun aparılmasına nəzarət
Tender udulduqdan sonra (Full proses idarəetməsi)
Müqavilə və hüquqi mərhələ
- Tender nəticələrinə əsasən müqavilənin hazırlanmasına və razılaşdırılmasına nəzarət
- Müqavilə şərtlərinin (çatdırılma müddəti, ödəniş şərtləri və s.) yoxlanılması
- Müqavilənin imzalanma prosesinin koordinasiyası
- Sifarişçi ilə rəsmi yazışmaların aparılması
Kommunikasiya və sorğuların idarəsi
- Portal və e-mail vasitəsilə daxil olan sorğuların operativ cavablandırılması
- Yaranan problemlərin araşdırılması və həll yollarının təqdim edilməsi
- Müştəri ilə davamlı əlaqənin saxlanılması
- Layihə üzrə statusların izlənməsi və hesabat verilməsi
Təchizat və logistika
- Tender üzrə tələb olunan malların siyahısının hazırlanması
Satış və uçot (ERP sistemi)
- Malların ERP sisteminə daxil edilməsi (məsələn, 1C:Enterprise)
- Satış sənədlərinin hazırlanması (qaimə, hesab-faktura və s.)
- Mühasibatlıq ilə koordinasiya
- Maliyyə əməliyyatlarının izlənməsi
Hesabat və bağlanış
- Tender layihəsinin yekun hesabatının hazırlanması
- Müqavilə öhdəliklərinin tam icrasına nəzarət
- Sifarişçinin qəbul aktlarının alınması
- Layihənin bağlanması və arxivləşdirilməsi
İş Şərtlərimiz:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Əmək haqqı 1500 azn + faiz
- 5 günlük iş rejimi
- Ünvan: Abşeron Ticarət Mərkəzi
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Tender mütəxəssisi” sözlərini qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.
Эта вакансия есть и на других сайтах
Ishly собирает весь рынок в одном месте — не нужно проверять каждый сайт отдельно.
AE 

Amper Elektrik
Topdansatış və pərakəndə ticarət
“Amper” MMC bir çox sferada istər elektrik materialları, istər mexanik avadanlıq və alətlər, istərsə də inşaat materialları sahəsində Azərbaycanın bir çox qabaqcıl inşaat şirkətləri, zavod,…