AAS Amina and S GroupAmina and S Group

Tender üzrə mütəxəssis

Опубликовано 1 дн. назад Источник
Логистика
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
19 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Vəzifə və öhdəliklər:

  • Tender elanlarının gündəlik monitorinqi (dövlət və özəl platformalar).
  • Tender şərtlərinin və müqavilə layihələrinin detallı təhlili.
  • Texniki  təklifin  hazırlanması və uyğunlaşdırılması.
  • Şirkətin müxtəlif şöbələrindən tələb olunan məlumatların toplanması və koordinasiyası.
  • Tender sənədlərinin (EOI, RFI, RFQ, RFP) şirkət standartlarına uyğun tərtibi.
  • Sifarişçi ilə yazışmaların aparılması, izah və sorğuların cavablandırılması.
  • Tender proseslərinin (göndərilmə, qəbul təsdiqi, qeydlər) sənədləşdirilməsi.
  • Qazanılmış tenderlər üzrə müqavilə bağlanması prosesinə dəstək.
  • Tender arxivinin və məlumat bazasının yenilənməsi.

Tələblər:

  • Ali təhsil (iqtisadiyyat, mühəndislik, menecment və ya əlaqəli sahələr üstünlükdür).
  • Tender sənədləri, satınalma prosedurları, kommersiya hüququ barədə biliklər.
  • Tikinti, sənaye və ya mühəndislik sahəsində təcrübə üstünlükdür.
  • MS Office (xüsusilə Excel) üzrə yüksək səviyyə.
  • Texniki sənədləşmə və rəsmi yazışma bacarığı.
  • Azərbaycan dilində səlis, ingilis və rus dillərindən ən azı biri üzrə iş bilikləri.
  • Diqqətlilik, analitik düşüncə və vaxt idarəetməsi.

İş şəraiti: 

  • Azərbaycan Respublikası ƏM uyğun işə qəbul;
  • Həftədə 2 gün istirahət.
  • Zəruri hallarda qısa müddətli səfərlər mümkündür.
  • Stressli və vaxt məhdudiyyətli proseslərdə işləmək bacarığı tələb olunur.

Əmək Haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq dəyişəcək.

Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “Tender üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Эта вакансия есть и на других сайтах
Ishly собирает весь рынок в одном месте — не нужно проверять каждый сайт отдельно.
AAS Amina and S Group
Amina and S Group
Tikinti

AMINA AND S GROUP LLC (MMC) — Azərbaycanda və beynəlxalq mühitdə fəaliyyət göstərən mühəndislik və çoxprofilli podratçı şirkətdir. Şirkətimiz tikinti, boru kəməri işləri, qaynaq, yol tikintisi,…

Похожие вакансии

Смотреть все