Eden Agro MMC Təsərrüfat nəzarətçisi (Aqronomiya üzrə) (Qax)
О должности
İş şəraiti
- İşəgötürən: Eden Agro MMC
- Struktur: Qax təsərrüfatı
- Birbaşa rəhbər: Aqronomiya əməliyyatları üzrə direktor
- İş yeri: Qax
- İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00)
Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.
Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.
Vəzifə öhdəlikləri:
- Əkinçilik xidməti üzrə işlərin planlaşdırılması, icrası və hesabatların hazırlanmasında iştirak;
- Əkinçilik prosesi ilə bağlı təsərrüfata lazım olan mal vı materilların tapılmasında təchizat şöbəsinə dsətək;
- Təsərrüfatda əməyin mühafizəsi və təhlükəsizlik texnikasının təşkilinə nəzarət;
- Bina və qurğuların, texnikaların cari və əsaslı təmirinin təşkilinə nəzarət;
- Sahədəki bütün kənd təsərrüfatı fəaliyyətlərinin mövcud təlimatlara uyğun aqrotexniki qaydada yerinə yetirilməsinə cavabdehlik;
- Yerinə yetirilmiş işlərin hesabatlarının hazırlanmasını və təsərrüfat rəhbərinə məlumatın verilməsi;
- Kənd təsərrüfatı maşın və mexanizmlərinin təmiri və təhlükəsizlik qaydalarına nəzarət;
- Kənd təsərrüfatı və mexanizmlərin yüklənməsi və daşınması qaydalarına nəzarət;
- Təsərrüfatda olan avadanlıqların, qurğuların, suvarma sistemlərinin təlimata uyğun istismar olunmasına nəzarət etmək;
- Təsərrüfat rəhbərinə günlük, aylıq, rüblük və illik hesabatların verilməsi;
- Bu vəzifə təlimatında sadalanan işlərin görülməsi zamanı müəssisədaxili qaydalara əməl etmək və təsərrüfat rəhbərinin tapşırıqlarını rəhbər tutmaq;
- Təsərrüfatda həyata keçirilən aqronomik əməliyyatların (torpaq becərilməsi, səpin, gübrələmə, bitki mühafizəsi, məhsul yığımı və digər istehsalat işləri) təşkili, koordinasiyası, icrası və icrasına operativ nəzarəti həyata keçirmək.
- Təsərrüfat üzrə kadr işlərin və sənəd dövriyyəsinin aparılmasını, ümumi inzibati uçotun düzgün təşkilini və əməliyyatların hesabatların hazırlanmasını təmin etmək.
- Təsərrüfat anbarlarında mal-material qəbulunun, saxlanmasının, hərəkətinin və anbar uçotunun müəyyən edilmiş qaydalara uyğun aparılmasına nəzarət etmək.
Vəzifə tələbləri:
- Ali təhsil (Aqronomluq, Aqrar mühəndislik, Kənd təsərrüfatı, İdarəetmə və ya digər uyğun ixtisaslar üzrə);
- Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi;
- Əkinçilik və kənd təsərrüfatı istehsal prosesləri barədə biliklər;
- Aqrotexniki tədbirlərin (torpağın becərilməsi, səpin, gübrələmə, bitki mühafizəsi, suvarma, məhsul yığımı və s.) təşkili və icrasına nəzarət bacarığı;
- Kənd təsərrüfatı texnikası və avadanlıqlarının istismarı, texniki xidmət və təmir prosesləri barədə bilik;
- Anbar təsərrüfatı, mal-material uçotu və inventar nəzarəti sahəsində biliklər;
- Hesabatların hazırlanması və sənəd dövriyyəsinin aparılması bacarığı;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydaları üzrə bilik;
- Microsoft Office proqramlarında (xüsusilə Excel və Word) sərbəst işləmək bacarığı;
- ERP və ya kənd təsərrüfatı idarəetmə sistemləri ilə işləmək bacarığı üstünlükdür;
- Analitik düşünmə, planlaşdırma və təşkilatçılıq bacarığı;
- Komanda ilə işləmək, işçiləri koordinasiya etmək və operativ qərarvermə bacarığı;
- Məsuliyyətli, intizamlı, dəqiq və nəticəyönümlü olmaq;
- Azərbaycan dili səlis, Rus və İngilis dili arzuolunandır
- Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Təsərrüfat nəzarətçisi (Aqronomiya üzrə) (Qax)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.

Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir. Azərşəkər MMC…